Ermənistan dövləti irəli qaçmaqla sionist rejimlə münasibət qurmaq ardıncadır. Bu məsələ İslam dünyasının əsas məsələsi və qırmızı xəttidir. Ermənistan rəsmiləri bu işin ölkələrinin milli maraqları üçün nə qədər faciəli olacağını hələ başa düşməyiblər.
AranNews - “Qafqaz Həqiqətləri” saytına istinadla
Ermənistan dövlətinin sionist rejimlə səfirlik açmaq və səfir təyin etmək kimi münasibətləri genişləndirmək kateqoriyası bu ölkənin hazırkı vəziyyətin dərinliyini və bu qərarın nəticələrini başa düşmədiyini göstərir. Ermənistanın öz qonşuları ilə qonşuluğunda böyük müəmmalarla üzləşməsi bunu təsdiq edir. Azərbaycan, Rusiya, İran, Türkiyə ilə münasibətləri, bu ölkələrin hər biri ilə tarixi-siyasi təfavüt və münaqişələri Ermənistanın xarici siyasətini xüsusi mürəkkəbliyə düçar edir. Beləliklə, bu ölkə irəli qaçaraq sionist rejimlə münasibət qurmaq ardıncadır. Bu məsələ hələ də İslam dünyasının əsas məsələsi və qırmızı xəttidir.
Ermənistanın geopolitik coğrafiyasına və İranın qonşuluğunda yerləşməsinə diqqət etməklə bu ölkə rəsmiləri İranın Ermənistanla sərhədləri bağlaması hücum addımının dəhşətli perspektivini və bu addımın Ermənistanın milli maraqları üçün nə qədər faciəli olacağını dərindən dərk etmirlər.
Ermənistan dövlət adamları bilməlidir ki, alovlanmış bu çirkin atəşə odun qoymağın İrəvan üçün ağır nəticələri olacaq, öz gümanı əsasında yumşaq dəyişmə ilə sionist rejimlə münasibətləri yaxşılaşdırması və genişləndirməsi “erməni rəqsini” “erməni müsibətinə” çevirə bilər.
Görəsən, Ermənistan rəsmiləri Təl-Əvivdə səfirlik açmaqda “əməldən sonrakı nəticə” barədə dərindən düşünüblərmi?
Doktor Behnam Səhranəvərd