Tarix : 2020 Mar 20
Kod 59549

Ermənistanın işğal edilmiş Fələstində səfirlik açmasının aspektləri

Təl-Əvivin çürümüş ipinin Ermənistanın müstəqilliyi üçün bədəlsiz aqibəti

Sionist rejim dünyada yaranmış sabitsizlik və böhrandan öz daxili işləri üçün faydalanmağa, hərbi və təhlükəsizlik məqsədlərinə çatmaq üçün Ermənistan kimi uyğun iqtisadi quruluşu olmayan, siyasi hakimiyyətinin təzminə ehtiyacı olan təzə müstəqillik tapmış postsovet ölkələrindən tələ yemi kimi istifadə etməyə təlaş edir. Aydındır ki, Ermənistanın siyasi və iqtisadi maraqlarını Təl-Əvivə səfir gördərmək kimi məsələlərlə nəhs sionist rejimi ilə bağlamağın heç vaxt düzəlməyən aqibəti olacaq.
AranNews – “Mehr”-ə istinadla xəbər verir ki, “əsrin sövdələşməsi” nəhs planını icra etmək üçün ərəb ölkələri ilə sionist rejim arasında münasibətlərin normallaşmasına səy edildiyi bir vaxtda sionist rejim bu istiqamətdə dünyada yaranmış siyasi sabitsizlik və iqtisadi böhrandan faydalanmağa, öz daxili işlərinə və layihələrinin irəli aparılmasına qanunilik qazandırmasına, hətta onu daxili siyasi rəqabətlərdə işə salmağa təlaş edir. Bu arada  SSRİ-dən ayrılaraq müstəqillik qazanmış bir bir sıra ölkələr geopolitik şəraitinə, uyğun iqtisadi quruluşunun olmamasına, habelə siyasi hakimiyyətinin təzminə ehtiyacı olduğuna görə sionist rejimin təhlükəsizlik və hərbi məqsədlərinin yemi kimi istifadə olunur.
Təl-Əvivə yaxınlaşmaq İrəvanın iqtisadi və təhlükəsizlik ehtiyaclarını bir müddət ödəyə bilsə də, Ermənistan dövləti bu münasibətlərin aqibəti barədə yaxşı düşünməlidir. Çünki qondarma İsrail öz münasibətlərində hər hansı əxlaqi və humanitar məsələləri nəzərə almır, Mossad təşkilatının təhlükəsizlik sahəsində nüfuz etməsi bu ölkəni təhlükəyə salacaq, sonda bu ölkə öz siyasi və milli müstəqilliyi təhdidlə üzləşəcək.
Hal-hazırda sionist rejim uyğun vəziyyətdə deyildir və onun təhlükəsizliyi müqavimət ölkələri və fələstinli qüvvələrin vasitəsilə məhv olmuşdur. Habelə sionist camiəsi kimliyinin parçalanması, daxili problemlər və siyasi ixtilaflara diqqət etməklə, bu rejimə arxalanmaq, öz xalqının siyasi və iqtisadi maraqlarını ona bağlamaq olmaz.
Məhdi Əzizi
  • Yazılıb
  • da (də) 2020 Mar 20
  • Göndərən جهان کمالی