Tarix : 2020 Mar 22
Kod 59555

Açılmamış müəmmalar

Ermənistan tarixşünaslığının atası Movses Xorenli “Hayk və Bel”, “Gözəl Ara”, “Şəmirəm”, “Vahagn” hekayələrindən söz açaraq gah onları rəvayət, gah əfsanə, gah da roman adlandırır.

Qafqaz Həqiqətləri – Ermənistan tarixşünaslığının atası Movses Xorenli “Hayk və Bel”, “Gözəl Ara”, “Şəmirəm”, “Vahagn” hekayələrindən söz açaraq gah onları rəvayət, gah əfsanə, gah da roman adlandırır. Ermənistan baxışına belə bir təhlil bu ölkənin regionda xarici münasibətlrinə və transregion məsələlərinə şamil ola bilərmi? Cənubi Qafqazda yerləşən 3 milyona yaxın cəmiyyəti olan və 1991-ci ildən sonra müstəqillik əldə etmiş bu dağlıq ölkə bir neçə ciddi problemlə qarşılaşmışdır.

Bu ölkədə həll olmamış dosyelərdən biri Qarabağ və İslam torpaqlarının bir hissəsinin işğal edilməsi məsələsidir. Bu sona çatmamış bir münaqişədir və ona “Narik andı”nı əksinə oxumaq lazımdır. Lakin hər necə olsa, bu qonşu ölkənin xoşagələn və xoşagəlməyən hadisələr kölgəsində davamı və qalması İran diplomatiya aparatı və bu məntəqənin siyasi təhlilçiləri üçün fərqli və təzadlı siqnallar göndərir. İran, bu ölkənin müstəqilliyini 90-cı illərdə tanıyan ölkələr sırasındadır və o vaxtdan bəri mövcud çətinliklərə baxmayaraq bu ölkə ilə münasibətlərini davam etdirmişdir. Əlbəttə, bu ölkənin Qarabağ məsələsində arzuolunmaz hərəkəti hələ də iranlıların tarixi yaddaşında qalır və bu üzdən iki ölkənin strateji münasibətləri üçün işıqlı perspektiv görünmür.

Bu sətirləri yazan müəllifin məqsədi Ermənistanın sionist rejimlə əlaqələrini genişləndirmək istiqamətində son addımlarında olan çətin problemlərini çatdırmaqdır. “Qüdsdə Mədəniyyət Mərkəzi”, “Təl-Əviv-İrəvan Layihə Xətti”, “silah alqı-satqısı”, bundan da mühüm “səfirlik açmaq”, “səfir təyin etmək” kimi sionist rejimlə əlaqələri genişləndirmək istiqamətində işə salınan kateqoriyaları necə təhlil etmək olar? Bu addımlar məhz tarixi rəvayətdir, ya hər birinə istiqamət vermək üçün nəhs fikir otaqları formalaşıb?

Buna əmin olmaq olar ki, Ermənistan öz qonşuları ilə qonşuluğunda böyük müəmmalarla üzləşmişdir. Azərbaycan, Rusiya, İran, Türkiyə ilə münasibətləri, bu ölkələrin hər biri ilə tarixi-siyasi təfavüt və münaqişələri Ermənistanın xarici siyasətini xüsusi mürəkkəbliyə düçar edib. Beləliklə, bu ölkə irəli qaçaraq sionist rejimlə münasibət qurmaq ardıncadır. Bu məsələ hələ də İslam dünyasının əsas məsələsi və qırmızı xəttidir.

Ermənistanın geopolitik coğrafiyasına və İranın qonşuluğunda yerləşməsinə diqqət etməklə bu ölkə rəsmiləri İranın Ermənistanla sərhədləri bağlaması hücum addımının dəhşətli perspektivini və bu addımın Ermənistanın milli maraqları üçün nə qədər faciəli olacağını dərindən dərk etmirlər.

Sionist rejim zati xəbisliyi, qeyri-humanitar, insan haqları prinsiplərinə zidd və məhz iktisabi baxışla İslam dünyasının qafilliyi, cahilliyi, təəssüflər olsun ki, bəzən də bilərəkdən göz yummasından istifadə edərək öz xarici siyasətinə istiqamət verməklə hər an İslam aləminin maraqlarını təhlükəyə tərəf sürükləyir.

Ermənistan dövlət adamları bilməlidir ki, alovlanmış bu çirkin atəşə odun qoymağın İrəvan üçün ağır nəticələri olacaq, öz gümanı əsasında yumşaq dəyişmə ilə sionist rejimlə münasibətləri yaxşılaşdırması və genişləndirməsi “erməni rəqsini” “erməni müsibətinə” çevirə bilər.

Görəsən, Ermənistan rəsmiləri Təl-Əvivdə səfirlik açmaqda “əməldən sonrakı nəticə” barədə dərindən düşünüblərmi?

Doktor Behnam Səhranəvərd, beynəlxalq münasibətlər üzrə müəllim və Qafqaz jurnalının redaktoru

  • Yazılıb
  • da (də) 2020 Mar 22
  • Göndərən جهان کمالی