Arannews-Qafqaz Həqiqətləri xəbər verir ki, son illərdə sionist rejimin Ermənistanla münasibətləri bir sıra sahələrdə genişlənməkdədir. Ötən həftələrdə də Ermənistan səfirliyinin Təl-Əvivə köçürüləcəyi və tezliklə sionist rejim səfirliyinin də İrəvanda yerləşəcəyi elan edildi. Bu məsələnin Tehran-İrəvan münasibətlərinə arzuolunmaz nəticələrinə diqqət etməklə Qafqaz Həqiqətləri “İsrailin Avrasiyada strategiyaları” kitabının müəllifi, Qafqaz məsələləri üzrə ekspert doktor Rəhmətullah Fəllahdan müsahibə almışdır.
– Təl-Əviv-İrəvan münasibətlərini formalaşdıran elementlər hansılardır?
– Ermənistan və sionist rejim arasında münasibətlərin artmasında bir sıra amillər rol oynamışdır. Sionist rejim Ben Qurion strategiyası və İran İslam Respublikasının ətrafında hüzur nəzəriyyəsi əsasında Orta Asiya və Qafqaz ölkələri ilə əlaqələri genişləndirmək ardıncadır. Lakin Ermənistanda Paşinyan dövləti Təl-Əvivlə münasibətləri qərbçilik paradiqması çərçivəisində tərif etmiş və bu yanaşmanın dəhlizi adlandırmışdır. Qeyd edək ki, Amerika Ermənistanda diqqəti çəkən həddə siyasi, mədəni və kəşfiyyat nüfuzuna malikdir. Vaşinqtonun İrəvandakı səfirliyi Amerikanın ən böyük səfirliklərindən biridir və burada yüzlərlə kadr çalışır, müxtəlif adlar altında casus şəbəkələri çox geniş şəkildə fəaliyyət göstərir və idarə olunur.
– İrəvan və Təl-Əviv arasında mövcud münasibətlərin nailiyyət və problemlərini necə görürsünüz?
– Sözsüz, mövcud proseslərdən Ermənistanın nailiyyətləri qeyri-mühüm və davamsız olacaqdır. Sionist rejimlə əlaqələri genişləndirmək Ermənistanın strateji məsələlərinə kömək etməyəcək, üstəlik Ermənistanın xarici siyasətdə strateji səhvi kimi izah olunacaq. Ermənistan mühasirədə qalmışdır və İranın geopolitik xidmətlərinə bərk ehtiyaclıdır. Başqa sözlə, bu ölkənin nəfəsliyi təkcə İran sərhədləri və coğrafiyasıdır. İrəvan bu xidməti görməməzliyə vursa və İranın strateji düşməni ilə əlaqələri genişləndirmək yolunu tutsa, xüsusilə də sionist rejimin Ermənistanda səfirliyinin açılmasına icazə versə, o vaxt ikitərəfli münasibətlərdə təhlükəsizlik mülahizələrində İranın qırmızı xəttini keçmiş hesab olunacaq.
– Sionist rejimi qəbul edən qonşu ölkələrə dəyə biləcək mümkün zərərlər hansılardır?
– Sionist rejimin İranın qonşu ölkələrində yerləşən səfirliklərinin əsas işlərindən biri həmin ölkənin İranla münasibətlərində gərginlik yaratmaq, habelə İranın milli və regional maraqları əleyhinə təxribaxtçılıq və casusluq etməkdir. Bu surətdə sözügedən ölkələr Tehran-Təl-Əviv çəkişmələri və ya rəqabətləri obyektinə çevrilir. Beləliklə, sionist rejimin müxtəlif sahələrdə hüzur və nüfuzunu qəbul etmiş həmin ölkələr ən böyük zərəri görə bilərlər.
– Təl-Əvivlə münasibətləri dayandırmaqda Ermənistandan hansı gözləntilər vardır?
– Məlumdur ki, Ermənistan sionist rejimlə münasibətləri genişləndirməkdən əl götürməyəcək. Lakin bunun qarşısında strateji mahiyyət daşıyan bir şeyi itirə bilər. Xarici siyasətin psixoloji və əməliyyat mühitində İran Ermənistanla münasibətlərdə uyğun mövqe nəzərdə tutmuşdur. Bu yanaşma o vaxta kimi davam edə bilər ki, Ermənistanın təhlükəsizlik, kəşfiyyat və coğrafiya sahələri İranın təhlükəsizlik maraqlarının əleyhinə olan düşmənlərin (sionist rejim, Amerika və İngiltərə) alətinə çevrilməsin. Strateji rasionallıq hökm edir ki, Ermənistanın xarici siyasətini istiqamətləndirənlər İranın mülahizələrini ciddi tutsunlar və iki qonşunun sağlam münasibətlərinə zərbə vurmasınlar.