Ermənistan dövlətinin işğal edilmiş Fələstində səfirlik açmaq və siyasi nümayəndəliyini Təl-Əvivə köçürmək üçün qərarı göstərir ki, son illərdə Ermənistan və sionist rejim arasında diplomatik münasibətlər diqqəti çəkən səviyyədə genişlənib və yeni mərhələyə daxil olub.
Məlumdur ki, Ermənistan dövlətinin bu çox səhv qərarı İslam dünyası və məzlum Fələstin xalqının maraqları ilə ziddir, məntəqənin sabitlik və təhlükəsizliyinə mənfi təsir göstərəcək. Sionistlərin öz işğalçılıq hərəkətlərini daha da artırdığı və İordan çayının qərb sahillərini işğal edilmiş ərazilərə birləşdirmək istiqamətində təlaş etdiyi bir vaxtda bu rejimlə münasibətləri genişləndirmək İslam ölkələri arasında Ermənistan dövlətinin yerini zəifləndirəcək. Onsuz da müsəlmanlar Ermənistana qarşı qəzəblidir. Ermənistan dövlətinin Qarabağ separatçılarına dəstək verməsi, müsəlman ölkəsinə aid olan torpaqların 20 faizini işğlal etməsi İslam ümmətini Ermənistana qarşı qəzəbləndirmişdir və müsəlmanlar bu ölkəni işğalçı ölkə bilir. Belə ki, İslam ölkələri, onların da başında İran İslam Respublikasının Ermənistanla ən aşağı səviyyədə əlaqə saxlamasının səbəbinə də bu aspektdən baxmaq və təhlil etmək lazımdır.
Sözsüz, Ermənistan dövləti bu yeni addımı ilə öz mənafeini daha çox təhlükəyə salır. Bu arada İranın maraqlarına diqqət etmədən onun bir nömrəli düşməni olan sionist rejimlə əlaqələri genişləndirməyin Ermənistan dövləti üçün çox mənfi və ağır təsirləri olacaq. Ermənistanın coğrafi mövqeinə diqqət etdikdə onun İran idarəçiliyi əsirliyində olduğu məlum olur. Ermənistan dövləti özünün çıxış yolu olmayan coğrafiyasını nəzərə almalıdır.
Qonşu və ərəb-İslam ölkələri ilə münasibətləri normallaşdırmaq və genişləndirmək sionist rejimin özünə qanunilik qazandırmaq və işğalçılıq siyasətlərini təsbit etmək üçün əsas strategiyalarından biridir. Təəssüflər olsun ki, İranın bəzi qonşuları, həmçinin ərəb-İslam ölkələri bu cinayətkar rejimin tələsinə düşüblər. Ermənistan dövlətinin sionist rejimlə münasibətlərinin genişlənməsi İranın milli maraqları ilə əsaslı təzad təşkil edir. Ona görə də Ermənistan rəsmiləri İranın ciddi reaksiyaları ilə üzləşməlidir. Ümidvarıq ki, Ermənistan dövləti sionist rejimin bu strategiyasını təkmilləşdirmək istiqamətində addım atmayacaq. Bu üzdən Ermənistan dövlətinə tövsiyə olunur ki, uzaqgörənliklə, maraq və məsləhətini nəzərə almaqla öz qərarına yenidən baxsın.