Tarix : 2020 Mar 23
Kod 59558

Həbsdək məhbusların bir qismi müvəqqti azadlığa buraxıla bilərmi

Koronavirus (COVİD-19) pandemiyası hazırda dünyanın əsas problemlərindən sayılır.Hökumətlər əhalinin sağlamlığı ilə bağlı bir sıra sərt tədbirlər görməkdədirlər.

Hətta, bəzi ölkələr islah əmək müəssisələrində cəza çəkən məhbusların bir hissəsinin ( daha az təhlükəli) müvəqqəti evlərinə buraxılmasını gündəmə gətiriblər. Azərbaycanda da hökumət bir sıra qabağlayıcı addımlar atmaqdadır. Prezident İlham Əliyev də bu günlər bu məsələdən danışarkən nə vaxtsa ölkədə fövqəladə vəziyyətin tədbiqini belə ittisina etməyib. Bəs Azərbaycanda da cəmiyyət üçün daha az təhlükəli sayılan məhbusların müvəqqəti azadlığa burxılması gündəmə gələ bilərmi?

Hüquq müdafiəçisi Rəsul Cəfərov Azadlıq Radiosuna deyib ki, belə bir addımın atılmasına zərurət var və bu istiqamətdə ölkənin hüquq müdafiəçilərinə təkliflər verib: “İnandığım budur ki, bu addım atılmalıdır. Səbəb də odur ki, təkcə Azərbaycanda yox, dünyanın elə hər yerində cəzaçəkmə müəssisələri qapalı məkandır. Bu məkanlarda vəziyyət, saxlanma şəraiti, tibbi müayinə, zərurət olduğu halda preparatların çatdırılması və sairə həmişə problemli olub. Elə bu səbəbə görə də, müxtləlif ölkələrdə, ABŞ-dan tutmuş İrana kimi məhbusların vaxtndan əvvəl azadlığa buraxılmalarına başlanılıb”, hüquq müdafiəçisi bildirib.

R.Cəfərovun vurğulamasına görə, bu virusun perspektivdə necə inkiaşf edcəyi bilinmir.

  • Yazılıb
  • da (də) 2020 Mar 23
  • Göndərən جهان کمالی