Tarix : 2020 Mar 23
Kod 59559

Bakıya giriş virusa görə qadağandır yoxsa hakimiyyətə qorxu var deyə

Bakıya kənar şəhər və rayonlardan giriş qadağan edilib. Adını qoyublar koronavirus. Əlbəttə bir mənada hakim ailənin bəxti gətirib ki, xalqın, xüsusən də etiraz edən insanların başı koronavirusdan qorunmağa qarışıb. Təsəvvür edin ki, xalq özündə yenicə güc toplayıb Əliyevlər virusu ilə mübarizə aparmağın yollarını öyrənmişdi, bu tərəfdən gündəm 180 dərəcə dəyişdi.
Əlbəttə Əliyevlər Bakıya girişi zənnimizcə ona görə qadağan edib ki, Bakıda, şəhərin tən ortasında baş verən aksiyalara kənardan da qoşulmalar olacağını ehtimal edirdi. Artıq Bakıda camaatı saxlamaq olmur. Kənar rayon və şəhərlərdə də Əliyevin virus icra başçılarıdan şikayətlər edilir, toplaşılır, etiraz aksiyaları keçirilirdi.
İndilərdə camaatı belə bir sual maraqlandırır ki, nə üçün məhz Bakıya giriş qadağan edilib? Məgər kənar şəhər və rayondakılar insan deyilmi? Onların yoluxma ehtimalı yoxmu? Doğrusunu Allah bilir, amma Əliyevlərin hakim olduğu, hətta nəinki hakim olduğu, ayağı dəydiyi yerdə heç kim fayda olacağını ummur. Ehtimal edilir ki, Bakını da hakimiyyətdə təmsil edilən viruslar məhz paytaxtda olduğu üçün qoruyurlar. Ailə biznesləri də daha çox bu şəhərdədir.
Xalqı isə təbii ki, saxlamaq olmur. Zatən Əliyevlərin hakimiyyəti altında yaşamağı da yolxucu xəstəliyə yoluxmaq kimi hesab edən xalq arasında canından bezən insanlar var.
Son olaraq etiraz askiyası Türkiyə səfirliyinin qarşısında keçirilib. 
Amma Əliyevlər hakimiyyəti, virusdan betər məmurlar düşünməsin ki, onlar bu şəraitdə haram yeməyə davam edəcəklər. Çünki artıq xalq oyanıb. Xalqı heç bir artistlik və panika ilə durdurmaq bundan sonra asan olmayacaq.
  • Yazılıb
  • da (də) 2020 Mar 23
  • Göndərən جهان کمالی