Tarix : 2020 Mar 25
Kod 59560

Azərbaycan Respublikası islamçı məhbuslarla həmrəylik

Bugün Azərbaycan Respublikasının zindanlarındakı islamçı məhbuslar Aləmlərin Rəbbinin “Əhzab” surəsinin 23-cü ayəsinin bariz nümunəsidir: “Möminlərin arasında elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər.”
AranNews – Təzə ilin ilk günü və bu ilki Novruz bayramı həzrət İmam Musa ibn Cəfərin (ə) məzlumcasına şəhadəti ildönümü ilə eyni günə təsadüf etdi. Öz bərəkətli ömrünün böyük hissəsini siyasi hökmranların təzyiq dövründə və zindanda keçirən mehriban İmam (ə) zülm zindanında da münacat etməyə şərait yarandığı üçün Allaha şükür edirdi.
Həzrət Musa ibn Kazimin (ə) imamət dövrü Abbasilərin 4 zülmkar xəlifəsi ilə eyni vaxtda olmuşdur. Hər 4 xəlifə şiələrə qarşı müxalifət və qətliamda öz atalarının yolunu neçə qat şiddətlə davam etdirmişdir. Bu xəlifələr İmam Kazimin (ə) camaatla əlaqəsini kəsmək üçün həzrəti Bağdad yaxınlığındakı hərbi qalaya sürgün etmişdilər və İmam (ə) həmin yerdə təknəfərlik zindanda saxlanılmışdır.
İmam Kazim (ə) İmam Hüseynin (ə) yolunu davam etdirmiş, şiələrin hidayət və təlimi ilə məşğul olmuş, həqiqi İslamı nizama salmış və onu möhkəmləndirmiş, sonda isə Sindi zindanında müqavimətinə görə zəhərlə şəhid edilmişdir.
Bugün Azərbaycan Respublikası həbsxanalarındakı dindarlar İmam Kazimi (ə) öz örnəkləri qərar verərək, o həzrət kimi “Allah” zikri deməklə və İmam Hüseyni (ə) yad etməklə zindan anlarını keçirirlər. Onlar Azərbaycan Respublikası müsəlman əhalisinin ən yaxşı və ən rəşid insanları olaraq dindar olduqları, haqqı dedikləri, fəsada qarşı çıxdıqları, İmam Hüseynə (ə) matəm saxladıqları, hicabı müdafiə etdikləri və Əhli-beyt (ə) tərəfdarı olduqları, “ya Hüseyn (ə)” və “ya Zəhra (ə)” şüarları səsləndirdikləri üçün zindana salınıblar. Azadlıq, din və şiəliyin müdafiəsi yolunda məhbus olmaq nə qədər şirindir! Laqeydlik və xəbərsizliklə yanaşı olan azadlıq nə qədər pisdir!
İmam Kazim (ə) bir hədisdə buyurur:
قَالَ رَجُلٌ مِنْ أَهْلِ قُمَّ یَدْعُو النَّاسَ إِلَی الْحَقِّ یَجْتَمِعُ مَعَهُ قَوْمٌ کَزُبَرِ الْحَدِیدِ لَا تُزِلُّهُمُ الرِّیَاحُ الْعَوَاصِفُ وَ لَا یَمَلُّونَ مِنَ الْحَرَبِ وَ لَا یَجْبُنُونَ وَ عَلَی اللَّهِ یَتَوَکَّلُونَ وَ الْعاقِبَةُ لِلْمُتَّقِین- بحار الانوار، ج 60، ص216
“Qum əhlindən bir nəfər camaatı haqqa dəvət edər və onun ətrafına bir dəstə toplaşar ki, onlar dəmir kimi möhkəmdir, sərt küləklər onları titrədə bilmir, döyüşdən yorulmur, qorxu onlara qalib ola bilmir, Allaha təvəkkül edirlər. Xeyirli aqibət və qələbə təqvalılar üçündür.” (“Biharul-ənvar”, c. 60, səh. 216)
Həmçinin Qurani-kərimdə hər vaxt çətinlikdən söz açılıbsa, iki dəfə artıq rahatlıqdan danışılıb. Yəni rahatlıqlar çətinliklərdən iki qat çoxdur və möminlər çətinliklərdə dözüm göstərərək özünü kamilləşdirməklə məşğul olmalı və dəmir kimi olmalıdır.
Bugün azəri islamçı məhbuslar Aləmlərin Rəbbinin “Əhzab” surəsinin 23-cü ayəsinin nümunəsidir:
مِنَ‌ الْمُؤْمِنِينَ‌ رِجَالٌ‌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ‌ عَلَيْهِ‌ فَمِنْهُمْ‌ مَنْ‌ قَضَى‌ نَحْبَهُ‌ وَ مِنْهُمْ‌ مَنْ‌ يَنْتَظِرُ وَ مَا بَدَّلُوا تَبْدِيلاً
“Möminlərin arasında elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər.”
İmam Kazimin (ə) şəhadət ildönümü günündə Azərbaycan Respublikası siyasətçiləri və hakimiyyətinin yadına salırıq ki, tarixdən ibrət alsınlar, bilsinlər ki, Harun ər-Rəşidin təzyiqləri əziz İmamın (ə) nüfuzunun, İslam və şiəliyin gücünün qarşısını ala bilmədiyi kimi sionist rejimi və cinayətkar Amerika tərəfindən diktə edilən anti-din addımlar da nəticəsiz qalacaq. Çünki Mütəal Allah Qurani-kərimdə buyurur ki, Allahın nurunu söndürmək istəsəniz də Allah Öz nurunu qoruyur.
Təəssüflər olsun ki, bugün Azərbaycan Respublikasında Eurovisionun keçirilməsi, təhsil mərkəzlərində hicab qadağası, məscidlərin dağıdılması, İmam Hüseynə (ə) əzadarlıq keçirilməsinin qarşısının alınması kimi anti-din siyasətlərə etiraz etdiyinə görə 150 nəfərə yaxın islamçı zindana salınmışdır. Bu günlərdə və Azərbaycan Respublikasındakı islamçı məhbuslarla həmrəylik istiqamətində həbs edilmiş bu qeyrətli dindarların, xüsusilə də əsassız ittihamlarla uzunmüddətli həbslərə məhkum olunmuş doktor Hacı Mövsüm Səmədov, Hacı Abgül Süleymanov, Hacı Tale Bağırzadənin azad olunmasını Allahdan diləyirik.
Habelə, dünyanın ikinci şiə ölkəsi olan, tənqidçilərin sözünü eşitməkdə dünyanın ən öndə gedən ölkəsi olduğunu iddia edən, multikulturalizmdən dəm vuran Azərbaycan dövlətindən istəyirik ki, bu ölkədə çoxluqda olan dindarların etiqad azadlığı ilə bağlı qanuni hüquqlarına hörmətlə yanaşsın. Çünki hər bir insan ilahi dinə əməl etməkdə və onu azadcasına bütün dünyaya bildirməyə və təbliğ etməyə azaddır. Bu həmin dini azadlıq haqqıdır, insan haqlarının nümunələrindən biri və beynəlxalq sənədlərin vurğuladığı bir məsələdir. Heç bir güc və dövlətin dini hüququ Allah bəndəsinin əlindən almağa, yaxud onu məhdudlaşdırmağa haqqı yoxdur. Quran ayələri və dini mötəbər mənbələr də bu fitri və cahanşümul haqqa açıq-aşkar dəlalət edir.
Sonda öz bacılarının hicabını qorumaq üçün məzlumcasına fəryad edən, dini müdafiə edən və bu yolda zindana düşən Azərbaycan Respublikasının islamçı məhbusları və qeyrətli gənclərinə minnətdarlıq edirik, təzə ildə İslam dünyasının Fələstin, Yəmən, Suriya, İraq, İran, Kəşmir və Qarabağ (Qarabağ müharibəsi zamanı 1 milyon 200 min nəfər öz yurdundan köçkün düşdü, düşmən hətta onların ölülərinin qəbir daşlarına da rəhm etmədi və qəbir sahibinin adı yazılmış daşları da məhv etməklə onlardan heç bir əlamət qalmamasına səy etdi) şəhidlərinə salam göndərir və işağl edilmiş İslam torpaqlarının  azad olunması üçün dua edirik.
Bugün Azərbaycanın həbsxanaları bu ölkənin ən pak cavanları, iftixarlı insanları, hicab və İslam müdafiəsi məhbuslarının bərəkəti ilə gülüstana və məscidə çevrilib. Çünki bu həbsxanalardan islamçı məhbusların Allahla razü-niyaz və münacat sədası qalxır.
Əmiəli Sabit
  • Yazılıb
  • da (də) 2020 Mar 25
  • Göndərən جهان کمالی