Tarix : 2020 Mar 24
Kod 59561

Türkiyədə koronavirusa yoluxanların sayı 1236, ölənlərin sayı 30-a çatdı - Nazir

Türkiyədə koronavirusdan ölənlərin sayı 30 nəfərə çatıb

TRT-yə istinadən xəbər verir ki, Türkiyədə yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən həlak olanların sayı 30 nəfərə çatıb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca şəxsi ''Twitter'' səhifəsində yazıb.

O, deyib: “Koronavirus epidemiyası nəticəsində 9 nəfər də həlak oldu, daha  289 nəfərdə yeni növ koronavirus aşkar edildi. İndiyədək virusa yoluxanların sayı 1236 nəfərə çatıb''.

Nazir Fəxrəddin Koca bu günədək 20 mindən çox adama koronavirusla bağlı test edildiyini deyib.

''Tədbirlər görməyə davam edəcəyik və virusun öhdəsindən gələcəyik'', - deyə Fəxrəddin Koca qeyd edib.

 

BUGÜNE KADAR toplam 20.345 test yapıldı, 1.236 tanı kondu, hepsi yaşlı 30 hastamızı kaybettik. Hastalık ülkemizde yokken, “yok” dedik. Şimdi gün gün durumu açıklıyoruz. Şeffaflığımızla sizi tedbire de davet ediyoruz. Tedbirli olalım. Bu ülke, bu tehdide yenik düşmeyecek.

— Dr. Fahrettin Koca (@drfahrettinkoca) March 22, 2020

 


Türkiyədə koronavirusa yoluxanların sayı 1236, ölənlərin sayı 30-a çatdı - Nazir
  • Yazılıb
  • da (də) 2020 Mar 24
  • Göndərən جهان کمالی