Tarix : 2020 Mar 26
Kod 59566

Müsəlman Birliyi Hərakatının üzvü Samir Babayev bu gün vəkili Bəhruz Bayramovla görüşüb

Müsəlman Birliyi Hərakatının üzvü Samir Babayev bu gün vəkili Bəhruz Bayramovla görüşüb. Vəkili vetenugrunda.az- bildirib ki, koronavirusla bağlı Pentensiar Xidmət görüşlərə məhdudiyyət yaradıb. Samirə gəlincə, ümumi durumu yaxşıdır.

Arannews-Qeyd edək ki, Müsəlman Birliyi Hərəkatının üzvü Samir Babayev koronavirusla bağlı ictimai yerlərdə pulsuz maska, əlcək və məlumat kitabçası payladığına görə saxlanılıb. O, “epidemiya əleyhinə rejim” qaydalarını pozmaqda günahlandırılaraq 21 mart 2020-ci il tarixində Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbsə məhkum edilib.

Samir Babayev indyə qədər 3 dəfə inzibati həbslə cəzalandırılıb.

  • Yazılıb
  • da (də) 2020 Mar 26
  • Göndərən جهان کمالی