Tarix : 2020 Mar 27
Kod 59567

Təbriz universitetlərinin müəllimləri Ermənistanın Təl-Əvivdə səfirlik açmaq qərarına etiraz ediblər

Təbriz universitetlərinin müəllimləri Ermənistanın Təl-Əvivdə səfirlik açmaq qərarına etiraz ediblər
AranNews – Təbriz universitetlərinin bir qrup müəllimi Ermənistanın sionist rejimdə səfirlik açmaq qərarına etiraz edib.
Bəyanat aşağıdakı kimidir:
Təbriz universitetlərinin bir qrup müəlliminin Ermənistanın sionist rejimdə səfirlik açmaq qərarına etiraz bəyanatı
Bismillahir-Rəhmanir-Rəhim
Ötən günlərdə Ermənistanın işğal edilmiş Fələstində rəsmi səfirlik açmaq və səfirin sionist rejimə göndərilməsi qərarı ilə bağlı xəbərin yayılması ölkənin elmi və universitet camiəsində narahatlıq yaratmışdır. Amerikanın milli təhlükəsizlik müşavirinin 2018-ci ilin payızında İrəvana səfəri və erməniləri sionistlərlə daha artıq əməkdaşlıq etməyə şirnikləndirdikdən sonra Ermənistan dövləti tərəfindən seçilmiş bu qərar İslam İnqilabı düşmənlərinin senarisidir. Gözlənti budur ki, qonşu Ermənistan özünü Amerika-sionist senarisinin oyuncağına çevirməsin, İran İslam Respublikasının ədalətli və humanitar mülahizələrini nəzərə almaqla öz qərarına yenidən baxsın.
Məlumdur ki, sionistlərin Qafqaz ölkələri ilə münasibət qurmaqda prioritetlərindən biri onun geopolitik atmosferinə təsir qoymaq, xüsusilə də bir tərəfdən Cənubi Qafqazın üç ölkəsinin İranla münasibətlərini korlamaq, digər tərəfdən də bu ölkələrin İranla qonşuluğundan istifadə etməklə özünün İran əleyhinə təhlükəsizlik və iqtisadi məqsədlərini həyata keçirməkdir. Ona görə də Ermənistan işğal edilmiş Fələstində səfirliyini açmaqla bu anti-İran məqsədlərə xidmət edir.
Ermənistanın həm müsəlmanların və həm də İranın düşməni olan sionist rejimlə əlaqələrini möhkəmləndirməsi dözülməzdir, həqiqətdə yaxşı qonşuluq və qonşuluq prinsipləri ilə zidd hesab olunur. Bundan əlavə, Ermənistan dövləti bu nəhs qərarı həyata keçirdiyi, uşaq qatili və işğalçı sionist rejimin yanında dayandığı surətdə 1 milyard yarımdan çox müsəlmanla üz-üzə dayanacaq və bu məsələnin kiçik və problemlə dolu Ermənistan üçün arzuolunmaz nəticələri ola bilər.
Biz bu bəyanatı imza edən Təbriz universitetlərinin müəllimləri və elmi camiəsinin bir qrup üzvü Ermənistan dövlətindən mehribanlıqla istəyirik ki, öz qeyri-məntiqi və İslam dünyasının qarşısında dayanan siyasətlərinə yenidən baxsın, normal şəraitdə, sülh və sabitlik atmosferində öz xalqının həqiqi maraqlarını təmin etməyi düşünsün.
1. Doktor Zahidi
2. Doktor Vəhabi
3. Doktor Cədiri
4. Doktor Tahiri Əqdəm
5. Doktor Ağacani
6. Doktor Raziqi
7. Doktor Ziyapur
8. Doktor Şirzad
9. Doktor Zareipur
10. Doktor Yəqubi
11. Doktor İmaməlipur
12. Doktor Abidi
13. Doktor İqbali
14. Doktor Nəsrullahzadə
  • Yazılıb
  • da (də) 2020 Mar 27
  • Göndərən جهان کمالی