Tarix : 2020 Mar 28
Kod 59569

FSB zabiti: Korona Gürcüstan laboratoriyalarından İrana köçürülmüşdür

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşı koronavirus dosyesi ilə bağlı yeni sənədlər təqdim edərək deyib: “Bu nəticəyə çatmışıq ki, koronavirus Gürcüstan laboratoriyaları vasitəsilə İrana köçürülmüşdür.”
AranNews-in “Məşriq”-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşı koronavirus dosyesi ilə bağlı yeni sənədlər təqdim etmişdir.
Təhlükəsizlk səbəblərindən öz adını açıqlamayan və təşkilatda daşıdığı şərti addan istifadə edən Vitali Petrov bildirib ki, amerikalılar illər öncə İranda quruluşu zəiflətmək və devirmək üçün geniş işlərə başlayıblar. V. Petrov deyib: “İrana qarşı addımlarda siyasi və iqtisadi sahələrdə heç bir nəticə əldə edə bilməyən Amerika öz addımlarını bioloji sahəyə fokuslandırıb.”
Petrovun sözləri Rusiya Müdafiə Nazirliyinin qabaqlar verdiyi açıqlama ilə üst-üstə düşür. Çünki Müdafiə Nazirliyi də bildirmişdi ki, Amerika öz məqsədlərinə çatmaq üçün Gürcüstandan istifadə edir.
FSB məmuru əlavə edib: “Müttəfiqimizin (Çin) koronavirusun mənşəyi ilə bağlı rəsmi mövqe bildirməsindən sonra bu nəticəyə çatmışıq ki, bu virus Gürcüstan laboratoriyaları vasitəsilə İrana köçürülmüşdür.”
V. Petrov sonda deyib: “Amerika Gürcüstan mərkəzi hökumətinin zəifliyindən istifadə edərək Səudiyyə Ərəbistanı kimi müttəfiqlərini İran əleyhinə media fəaliyyətinə və psixoloji müharibəyə qatdı, fars dilində fəaliyyət göstərən düşmən kanallarının genişlənməsini artırmaq məqsədilə AM dalğaları göndərdi.”
Petrovun fikrincə, Gürcüstan İran və Rusiya əleyhinə fəaliyyətlərin mərkəzinə çevrilib və bu ölkə yaxın gələcəkdə Amerikanın bu ölkədə hüzurunun bahasını ödəyəcək.
  • Yazılıb
  • da (də) 2020 Mar 28
  • Göndərən جهان کمالی