Tarix : 2020 Mar 30
Kod 59575

Azərbaycanda daha 27 nəfərdə koronavirus aşkarlandı

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı yeni məlumat yayıb

İslamazeri.com xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, Azərbaycan Respublikasında 27 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

 Həmin şəxslərdən 8 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir,  digərlərinin səhhəti isə  stabildir.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 190 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

İnfeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq və xüsusi karantin rejiminə ciddi riayət etmək tələb olunur.


Azərbaycanda daha 27 nəfərdə koronavirus aşkarlandı
  • Yazılıb
  • da (də) 2020 Mar 30
  • Göndərən جهان کمالی