Tarix : 2020 Mar 31
Kod 59577

Gürcüstanda fövqəladə vəziyyət elan oldundu - Nə olar, nə olmaz..

"Sabah səhər, saat 08:00-dan etibarən Gürcüstanın bütün ərazisində karantin rejimi qüvvəyə minəcək"

Arannews-24News.ge"yə istinadən xəbər verir ki, bu barədə baş nazir, Giorgi Qaxariya Əlaqələndirmə Şurasının iclasından sonra bildirib.

"Fövqəladə hal çərçivəsində götürülən ölçüləri sərtləşdirmək qərarı aldıq. Biz faktiki olaraq ümumi karantin elan edirik, hansı ki, sabah səhər saat 08:00-dan etibarən bu qərar qüvvəyə minəcək və bununla yanaşı vətəndaşlara saat 21:00-dan etibarən səhər saat 06:00-dək hərəkət qadağası qüvvəyə minəcək.

"Karantin ərəfəsində istənilən növ ictimai nəqliyyat vasitəsilə, həmçinin metro ilə hərəkət təmamilə məhdudlaşdırılır. Sadəcə Səhiyyə Nazirliyinin arayışı ilə minik avtomobilləri və taksi ilə hərəkətə icazə verilir.

Avtomobildə sadəcə 3 nəfər olmaq şərtilə və sürücüdən əlavə iki şəxs arxada oturmalıdır. Bu çox önəmlidir və əməl edilməyəcəyi təqdirdə müvafiq dövlət orqanları tədbirlər görəcəklər. Həmçinin sərnişin daşıma sadəcə stratejik obyektlərin əməkdaşlarının təhlükəsiz şəkildə daşınması halında məqbuldur" - deyə baş nazir bildirib.

Ümumilikdə isə qaydalar ardıcıllıqla belədir:

1) Sabah səhər, 08:00-dan etibarən istənilən növ ictimai nəqliyyat vasitəsilə hərəkət qadağan edilir. Minik avtomobili və ya taksi ilə hərəkət mümkün olacaq və bu zaman Avtomobildə sadəcə 3 nəfər olmaq şərtilə və sürücüdən əlavə iki şəxs arxada oturmalıdır:

2) iki nəfərdən artıq insanın bir yerə toplaşması məhdudlaşdırılır:

3) Mağazalarada insanlar arasında 2 metr məsafə qorunmalıdır:

4) 70 yaşdan yuxarı vətəndaşların evdən çıxmaları qadağan edilir. Onlar sadəcə mağazaya, əczaxanaya və ya xəstəxanaya gedə bilərlər:

5) saat 21:00-dan etibarən səhər saat 06:00-dək istənilən növ hərəkət məhtudlaşdırılır və komendant saatı elan edilir:

6) Bu qaydaların qorunmasına nəzarət üçün məntəqlər yaradılacaq və Daxili İşlər Nazirliyi həmçinin müdafiə dəstələri nəzarət edəcəklər:

7) Hər bir vətəndaş evdən çıxdığı anda üzərində şəxsiyyət vəsiqəsi daşımalıdır.

  • Yazılıb
  • da (də) 2020 Mar 31
  • Göndərən جهان کمالی