Tarix : 2020 Mar 31
Kod 59578

İspaniyada 500 ildən sonra azan səsi ucaldı-Video

Korona virusunun yayılması ilə İspaniyanın Qranada şəhərində yerləşən Əlbadin məscidindən 500 ildən sonra azan səsi ucalıb. Halbuki, İspaniya 7-ci hicri əsrinə kimi İslam ölkəsi sayılırdı. Lakin fəsad, dəbdəbəlilik, xristianlara həddən artıq azadlıq vermək, xristianların müsəlmanlar arasında daxili ixtilaflar yaratması, İslam dünyası ölkələrinin bu ölkə dövlətinə dəstək göstərməməsi, müsəlmanların mədəni işlərə, ən əsası isə xristianların mədəni hücumlarına diqqət yetirməməsi kimi səbəblərdən Əndəlüsda əzəmətli İslam mədəniyyəti tənəzzülə uğradı.
AranNews-in “İkna”-ya istinadla verdiyi xəbərə görə, təqribən 500 ildir ki, İspaniya xalqı bu ölkə məscidlərinin minarələrindən canlı şəkildə azan səsi eşitməyiblər. Barselona bələdiyyə başçısı da “nə qədər ki, mən bələdiyyə başçısıyam, bu şəhərdə müsəlmanların azan səsi eşidilməyəcək” deyə bildirib. İndi korona virusunun yayılması ilə sosial medialarda İspaniyanın Qranada şəhərində yerləşən Əlbadin məscidindən azan səsinin ucaldığı xəbərləri yayılmışdır.
1-ci hicri-qəməri əsrində müsəlmanlar Əndəlüsü fəth etdilər. Beləliklə, İslam sərhədləri Cənubi Avropaya qədər yayıldı. Lakin neçə əsr sonra müsəlman hökmranların əxlaqi fəsadı, dəbdəbəlilik, xristian qadınlarla evlənmək, xristianlara həddən artıq azadlıq vermək, xristianların müsəlmanlar arasında daxili ixtilaflar yaratmaları, müsəlmanların güclü və vahid hökumətinin parçalanması, müsəlmanların İslamın təbliğinə, mədəni işlərə, ən əsası isə xristianların mədəni hücumlarına diqqətsizliyi Əndəlüsda əzəmətli İslam mədəniyyətinin tənəzzülünə səbəb oldu.
Təəssüflər olsun ki, neçə illərdir Qafqazda da buna oxşar hadisələrin – sionist rejimin bu regionda hüzur və nüfuzunun şahidiyik. Bu xərçəng şişinin Qafqaz ölkələrində, xüsusilə də dünyanın ikinci şiə ölkəsi olan Azərbaycan Respublikasında mədəni, siyasi və iqtisadi nüfuzu açıq-aydın görünür. Həqiqətdə, bugün nəhs sionist rejimi Qafqazda İslam və müqavimət cəbhəsini məhv etməyi öhdəsinə alıb. İslam ölkələrinin siyasətçiləri və xalqı bu məsələyə diqqət yetirməli və buna ciddi çarə etməlidir.
 
  • Yazılıb
  • da (də) 2020 Mar 31
  • Göndərən جهان کمالی