Tarix : 2020 Apr 01
Kod 59581

Gürcüstanın azəri şiələr yaşayan Marneuli şəhərinin sakinləri dövlətdən yardım istədi

Gürcüstanın azəri şiələr yaşayan Marneuli şəhərinin sakinləri qida maddələrinin yoxluğu, mağazaların bağlı olması, aclıq, un və çörəyin tapılmamasından gileylənir və bu şəhərin bələdiyyə binası önündə toplaşaraq dövlətdən kömək istəyir. Aksiya iştirakçılarından biri deyir: “Mənim övladım yoxdur və tək yaşayıram. Məni himayə edən yoxdur, acam, himayə olmadan evin içində nə edim? Dövlətdən kömək istəyirəm.”
AranNews Gürcüstanın “on.ge” saytına istinadla xəbər verir ki, Marneuli şəhərində karantin şəraitinə baxmayaraq bu şəhərin bələdiyyə binası önündə izdihamdır. Azəri və şiələrdən ibarət olan şəhər sakinləri dövlətdən kömək istəyirlər.
Marneuli bələdiyyə başçısı deyib: “Bələdiyyənin sosial yardımları xüsusi qruplar üçün nəzərdə tutulub, lakin vətəndaşlar müxtəlif ehtiyaclarla bura üz tuturlar.”
Koronavirusun yayılmasına diqqət etməklə Gürcüstanda və Marneuli şəhərində fövqəladə vəziyyət elan olunub və müxtəlif məhdudiyyətlər həyata keçirilib. Son xəbərlərə görə, Gürcüstanda koronavirusa yoluxanların sayı 98 nəfərə çatıb və onlardan 18 nəfəri sağalıb. 4978 nəfər karantin altına alınıb və 266 nəfər müalicə alır.
Sözügedən aksiya ilə bağlı bizə çatan videoda əhali qida maddələrinin olmaması, mağazaların bağlı olması, aclıq, çörək və unun tapılmamasından gileylənir və Gürcüstan dövlətindən kömək istəyirlər.
Aksiya iştirakçılarından biri deyir: “Mənim övladım yoxdur və tək yaşayıram. Məni himayə edən yoxdur, acam, himayə olmadan evin içində nə edim? Dövlətdən kömək istəyirəm.”
  • Yazılıb
  • da (də) 2020 Apr 01
  • Göndərən جهان کمالی