Tarix : 2020 Apr 02
Kod 59583

Tbilisini heç belə görməmişdiniz

Artıq 10 gündən çoxdur Gürcüstanda koronavirusa görə fövqəladə hal elan edilib

Arannews-islamazeri.com Gürcüstan mediasına istinadən xəbər verir ki, Tbilisidə bu komendant saatında çölə çıxmaq qadağası olduğundan şəhərdəki vəziyyət fotoşəkillərdəki kimidir.

Ümumilikdə aşağıdakı bəndlər komendant saatı və fövqəlada vəziyyət günlərində tətbiq olunur:

1) 08:00-dan etibarən istənilən növ ictimai nəqliyyat vasitəsilə hərəkət qadağan edilir. Minik avtomobili və ya taksi ilə hərəkət mümkün olacaq və bu zaman Avtomobildə sadəcə 3 nəfər olmaq şərtilə və sürücüdən əlavə iki şəxs arxada oturmalıdır:

2) iki nəfərdən artıq insanın bir yerə toplaşması məhdudlaşdırılır:

3) Mağazalarada insanlar arasında 2 metr məsafə qorunmalıdır:

4) 70 yaşdan yuxarı vətəndaşların evdən çıxmaları qadağan edilir. Onlar sadəcə mağazaya, əczaxanaya və ya xəstəxanaya gedə bilərlər:

5) saat 21:00-dan etibarən səhər saat 06:00-dək istənilən növ hərəkət məhtudlaşdırılır və komendant saatı elan edilir:

6) Bu qaydaların qorunmasına nəzarət üçün məntəqlər yaradılacaq və Daxili İşlər Nazirliyi həmçinin müdafiə dəstələri nəzarət edəcəklər:

7) Hər bir vətəndaş evdən çıxdığı anda üzərində şəxsiyyət vəsiqəsi daşımalıdır.

İslamazeri.com-un illər öncə Tbilisidən hazırladığı videoreportajı təqdim edirik

  • Yazılıb
  • da (də) 2020 Apr 02
  • Göndərən جهان کمالی