Tarix : 2020 Apr 03
Kod 59585

Azərbaycanda daha 41 xəfərdə koronavirus aşkarlandı

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bu haqda bildirilir

Arannews-islamazeri.com xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, Azərbaycan Respublikasında 41 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

 Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 8 nəfərin vəziyyəti ağır, 11 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Hazırkı dövrədək ölkəmizdə 400 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 26 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 369 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.


Azərbaycanda daha 41 xəfərdə koronavirus aşkarlandı
  • Yazılıb
  • da (də) 2020 Apr 03
  • Göndərən جهان کمالی