Türkiyənin Qars hava limanında Bakıdan gələn ilk təyyarənin qarşılanma mərasimi keçirilib
Azerbaijan Servisi/Aran Agentliyi
İyulun 21-də Bakı-Qars-Bakı marşrutu ilə sərnişin aviareysi fəaliyyətə başlayıb.
Türkiyənin Qars hava limanında Bakıdan gələn ilk təyyarənin qarşılanma mərasimi keçirilib.
Mərasimdə çıxış edən Azərbaycan Xarici işlər nazirinin müavini Vaqif Sadıqov fəaliyyətə başlayan aviareysin hər iki ölkənin turizm imkanlarının daha da geniş dəyərləndirilməsinə imkan verəcəyini deyib.
Azərbaycanın Qarsdakı Baş konsulu Həsən Zeynalov aviareysin daimi işləyəcəyini bildirib.
«Alfa Travel» şirkəti ilə birgə təşkil olunan uçuşlar hər həftənin bazar ertəsi və cümə günləri «Tu-154» təyyarəsi ilə həyata keçiriləcək.
Bakı-Qars-Bakı reysinə biletin qiyməti 256 manat, Bakı-Qars reysinə isə 145 manatdır.