AZƏRBAYCAN » CƏMİYYƏT
İndiyədək Azərbaycanda 41 673 nəfər koronavirus testindən keçirilib
04 Aprel 2020, 22:30 (GMT +4)
Bakı, 4 aprel, SalamNews. Aprelin 4-də Azərbaycanda 3806 nəfər koronavirus testindən keçirilib.
Arannews-SalamNews xəbər verir ki, bu barədə Tibbi Ərazilərin İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Məlumata əsasən, ümumilikdə testdən keçənlərin sayı 41 673 nəfərdir. Reanimasiyadakı və intubasiya olunmuş xəstələrin sayı 4-dür.
Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 521, virusdan ölənlərin sayı 5, sağalan xəstə sayı 32, aktiv xəstələrin sayı isə 484 nəfərdir