Tarix : 2020 Apr 05
Kod 59592

Azərbaycan Respublikası deputatının islami məfhum və şüarları anlamazlığı

Azərbaycan Respublikası Milli Məclisinin həyasız deputatı Fazil Mustafa bir daha öz anlamazlığını təkrar edərək koronavirusun yayılmasından istifadə edib, İslam dini və şiə məktəbi barədə şübhə yaratmağa çalışıb.

Arannews-Xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin həyasız deputatı Fazil Mustafa bir daha öz anlamazlığını, islami təlim və şüarları, məsum imamların (ə) və imamzadələrin hərəmini ziyarət etməyin və onlara təvəssül etməyin mənasını qanmadığını təkrar edərək zəvvarların müqəddəs məkanları ziyarət etmələrinə qarşı təhqiramiz cümlələr işlətmişdir. Biz həmin cümlələri burada yazmağa üzürlüyük.

İslam dini və şiə məktəbi barədə anlağı olmayan və çox güman ki, qərəz üzündən şübhə yaradan bu deputatın şübhə və həyasızlığına cavab olaraq, İmam Rza (ə) Hərəmi Qəyyumluq İdarəsinin rəhbəri Ayətullah Əhməd Mərvinin koronavirusun yayılması ilə bağlı çıxışından bir hissəsini və Quran təfsirçisi və təlimçisi höccətül-islam Qiraətinin virusun yayılmasını bəhanə edərək dində şübhə yaradanlara cavabını xatırladırıq.

İmam Rza (ə) Hərəmi Qəyyumluq İdarəsinin rəhbəri Ayətullah Əhməd Mərvi korona virusunun yayılmasının ardınca açıq elan etdi: “Korona virusunun ölkəmizə daxil olması və buna görə səhiyyə məsələlərinə daha ciddi riayət olunmasının lüzumuna diqqət etməklə İmam Rza (ə) Hərəminin işlərində Səhiyyə Nazirliyinin tövsiyələrinə tabeyik və bu sahədə biz heç bir nəzər vermirik, yaxud müdaxilə etmirik və bütün işləri Səhiyyə Nazirliyinə tapşırırıq. İmam Rza (ə) Hərəminin səhiyyə sahəsində, o cümlədən Samin Dərmandüzəltmə Şirkətinə və bu sahədə aktiv olan digər qurumlara tapşırıq vermişik ki, öz fəaliyyətlərini artırsınlar, dezinfeksiyaedici mayelər hazırlamaqda gecə-gündüz təlaş etsinlər, bu mayeləri məscidlərə, hüseyniyyələrə və ümumi mərkəzlərə təmənnasız versinlər ki, heç kəs koronavirus macərasından istifadə edərək öz maddi maraqları ardınca olmasın.”

Həmçinin, höccətül-islam Qiraəti şübhəli koronavirusun yayılmasını bəhanə edərək dində şübhə yaratmaq istəyənlərə demişdir: “Bəziləri suyu bulandıraraq ondan balıq tutmağa çalışırlar, soruşurlar ki, dinin bu kimi məsələlərdə hansı rolu vardır? Korona gəldi və möminlərin çoxu vəfat etdi! Dinin burada rolu nədir?”

Ustad Qiraəti əlavə etmişdir: “Onlara demək lazımdır ki, bəs dini olmayanlar nə etdilər? Bu virus xəstəlik yaradır, istər dini olsun, istərsə də olmasın. İstər adi şəxs olsun, istərsə də din alimi. Əgər bir kəs ayağını bıçağın üzərinə qoysa, bıçaq onun ayağını kəsəcək və Allahın sünnəsi, qayda-qanunu dəyişməyəcək. Dinin rolu budur ki, müəllimi şəhid Rəcai (İranın sabiq prezidenti) etdi. İmam Xomeynini (r) yetişdirdi və İmam Xomeyni (r) İslam döyüşçülərini səfərbər etdi və indi görürük ki, din olan ölkələrdə xalqa nə qədər kömək edirlər. Şəhid Süleymanini gördünüz. İranda Ali Məqamlı Rəhbər orduya, bəsicə, Sepah-a, xeyriyyəçilərə, xalq qüvvələrinə, kişi və qadına və hamıya göstəriş vermişdir ki, korona ilə mübarizəyə kömək etsinlər. Dinin rolu budur.

Elə bilirsiniz, İslam ölkələrində (və müqəddəs məkanlarda) xəstəlik olmamalıdır? Halbuki, din bunun üçün deyildir. Dinin mənası bu deyil ki, heç kimin qüssəsi olmasın. Dini tənqid edənlər eynəklərini dəyişməlidir. Virus öz işini görür; istər biz “la ilahə illəllah” deyək, istər deməyək. Dinin rolunu şəhid Rəcainin, şəhid Qasim Süleymaninin rəftarında, koronanın yayıldığı hazırkı şəraitdə xalqa kömək edənlərin rəftarlarında axtarın.

Şahı İrandan çıxaran din idi. Amerikanın qarşısında dayanan din idi. Əgər dinimiz olmasaydı, Amerikaya təslim olardıq.

Din nifaq, zülm, cinayət, qətl kimi batini virusları müalicə edir. Din demir ki, evini selin qarşısında tik və selin sənin evinlə işi olmayacaq. Mən evimi qeyri-standart tikəm və gecə namazı qıldığım üçün evimin dağılmamasını gözləməyim, yersizdir.”

Fazil Mustafanın təhqiramiz sözləri dinə qarşı nifrəti və dünyanın əksər ölkələrində korona virusunun yayılmasına görə böhran yaşandığı bir vaxtda bulanıq sudan balıq  tutmaq istiqamətində deyilmişdir. Deməliyik ki, Allahın qüdrət əlini görməyənlər ya kordurlar, ya da özlərini korluğa vurublar. Onların dindən başa düşmədiyi aramlıq və xeyri biz dəfələrlə dadmışıq; Allah Xürrəmşəhri azad edəndə, İranın inqilabçı xalqının əli ilə məlun şahı ölkədən qovanda, Təbəs səhrasında qum tufanı Amerikanın başına torpaq yağdıranda, bunlar kimi digər çoxlu böhranların Allahın lütfü ilə və məsum imamların (ə) köməyi ilə həll olanda görmüşük. Siz din və dindarların əməldə əlini bağlamısınız, hələ onlardan möcüzə də gözləyirsiniz!

İmam Rzanın (ə) hərəmində mömin və qeyri-mömin insana üz verən yaxşı hissi heç kim inkar edə bilməz.

Cənab Fazil Mustafa! Bəlkə də sənin İmam Rzanı (ə) ziyarət etmək təcrübən yoxdur. Allah sənin günahlarını bağışlasın, bəlkə bütün maddi təcrübələrinlə yanaşı müqəddəs Məşhəddə hüzur fürsətini ölümdən qabaq təcrübə edə biləsən, Qarabağın azad olunması üçün dua edəsən, döyüş libası geyinəsən və İslam torpağını azad etmək uğrunda can verənə kimi mübarizə aparasan və əgər bu yolda ölsən, Ali Məqamlı Rəhbərin fətvası ilə şəhid adlanasan. Əks təqdirdə bütün ölənlər kimi iylənmiş cəsəddən başqa səndən heç nə qalmayacaq!

Sən, dinçiliyin səbəb ola biləcəyi işlərdən qorxursan və ona görə də dinlə mübarizəyə qalxmısan. Çoxları səndən qabaq dinlə mübarizəyə qalxmışdı, lakin bugün onların taleyindən heç xəbər yoxdur!

Həyatı dərk et cənab deputat! Oyan, dinlə düşmənçiliyi burax, özünün və təmsilçisi olduğun xalqın xilası üçün dua et.

  • Yazılıb
  • da (də) 2020 Apr 05
  • Göndərən جهان کمالی