Ermənistanda qərbpərəstlərin hakimiyyətə gəlməsindən sonra Amerika başçılarının təkid və tapşırığı ilə bu ölkənin sionist rejimlə münasibətlərinin genişlənməsi gündəliyə salındı.
Arannews-Bu istiqamətdə Ermənistanın Təl-Əvivdə səfirlik açması ilə bağlı verdiyi qərar, çox təhlükəli bir addımdır və bu ölkənin qərbpərəst rəhbərləri, xüsusilə də şəxsən Nikol Paşinyan bu addımı atmaq istədiyini elan etdi.
İrəvanın bu addımı İslam dünyası, əsasən də İran İslam Respublikasının maraqları ilə ziddir və ölkəmizdə geniş reaksiyalara səbəb olmuşdur, ciddi etirazlar bildirilmişdir. Belə ki, bir çox siyasi simalar, ekspertlər, təhlilçilər, İslami Şura Məclisi təmsilçiləri Ermənistanın bu hərəkətinin nəticələri barədə xəbərdarlıqlar ediblər.
Bu məsələ ilə bağlı “Qafqaz Həqiqətləri” İnformasiya Agentliyi Vəliyyi-fəqihin Ərdəbil əyalətində təmsilçisi və Ərdəbil şəhərinin imam cüməsi həzrət Ayətullah Seyid Həsən Amilidən müsahibə almış, onun bu mövzuya baxışını öyrənmişdir.
Həzrət Ayətullah Amili bu məsələ ilə bağlı açıqlamasında deyib:
Ermənistan sionist rejimə yaxınlaşmaq məsələsində Azərbaycan Respublikası ilə təhlükəli bir yarışa başlayıb. Azərbaycan Respublikası “İsrail”dən 6 milyard dollarlıq silah almaqla sionist rejiminə böyük xidmət etdi ki, bu vasitə ilə Qarabağı azad etmək üçün həm silah almış olsun, həm də beynəlxalq sionizm lobbisindən istifadə edə bilsin. Baxmayaraq ki, bu silahlardan istifadə etməyin icazəsi böyük dövlətlərin əlindədir. Silah almaq üçün pulu olmayan Ermənistan isə Təl-Əvivdə səfirlik açmaq fikrinə düşmüşdür ki, öz gümanına əsasən, sionist rejiminə yaxın olmaqla həm Qarabağın işğalını təsbit etsin, həm də Azərbaycan Respublikasının aldığı silahlardan istifadə etməsinin qarşısını alsın. Etibarlı xəbərlərə görə, sionist rejimi Azərbaycanın bu silahlardan Ermənistan əleyhinə istifadə etməyəcəyi barədə İrəvana söz vermişdir.
Ermənistanın sionist rejimlə səfirlik açmaq səviyyəsində münasibətlərinin genişlənməsi həm Azərbaycan, həm də İran üçün böyük təhlükədir. Sionist rejimi Ermənistanın Təl-Əvivdə səfirlik açması ilə bir tərəfdən özünün böyük arzusuna çatmış olur, digər tərəfdən də Azərbaycan Respublikasına qarşı böyük xəyanət etmiş olur. İndi Azərbaycanın böyük xalqı özünün əsil düşmənini yaxşı tanımışdır. Halbuki, bu düşmən neçə illərdir ki, Azərbaycan Respublikası ilə dost olduğunu şüar etmişdir.
Ermənistanın işğal edilmiş Fələstin ərazilərində səfirlik açması göstərir ki, “İsrail” və Ermənistan arasında Qarabağla bağlı təhlükəli razılaşma vardır və Azərbaycan Respublikası –BMT Təhlükəsizlik Şurasının da onunla bağlı bir neçə qətnamə qəbul edərək dəstək verdiyi– öz torpaqlarını azad etməkdən məhrum olacaq.
Səfirliyin açılması İran üçün də təhlükəlidir. Şübhəsiz, Ermənistanın sionist rejimlə səfirlik açmaq həddində münasibətlərinin genişlənməsi, sionist rejimin təhlükəsizlik və casusluq təşkilatlarının İran sərhədlərində və qulağının dibində hüzuru deməkdir.
Ermənistan sionist rejimin qonşu ölkələrdə hüzuruna İranın fövqəladə həssaslığını bildiyi halda belə bir xəyanətə yol vermişdir, İran və müsəlmanların böyük düşməninə, bəşəriyyətin ən çirkin düşməninə Qafqazda hüzur üçün yaşıl işıq yandırmışdır.
Digər tərəfdən Ermənistanın Təl-Əvivdə səfirlik açması İran üçün diplomatik uğursuzluq sayılır. Belə bir şəraitdə gözlənti odur ki, ölkənin diplomatik aparatı Ermənistanın qərbyönümlü dövlətinə etiraz etsin. Əks təqdirdə Ermənistan İranın sükutundan əmin olmaqla gələcəkdə daha da cürətlənəcək.