Arannews-Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 574 olub.
Bu barədə Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.
Nazirin verdiyi açıqlamada qeyd edilib ki, son bir gündə (5 aprel üçün) 73 koronavirusa yoluxmuş xəstə ölüb və 20065 nəfər koronavirus şübhəsi ilə testdən keçib, onlardan 3135 nəfərin nəticəsi pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 27069-a çatıb, sağalanların sayı 1042 olub.