Azərenerji səhmdar cəmiyyətinin sədr müavini Marlen Əsgərov isə bu barədə onlarda hər hansı məlumatın olmadığını deyib
Azerbaijan Servisi/Aran Agentliyi
Yeni Yasamal, Nərimanov, Nəsimi rayonlarının böyük hissəsinin əhalisi də işıqsız qalıb.
Bu gün səhərdən etibarən paytaxtın bəzi rayonlarında elektrik enerjisinin verilməsində problemlər yaranıb. ANS PRESS-in məlumatına görə, Yeni Yasamal, Nərimanov, Nəsimi rayonlarının böyük hissəsinin əhalisinin işıqları kəsilib. Elektrik enerjisi olmayan dövlət orqanlarının arasında Xarici İşlər Nazirliyidə olub. «Azərenerji» səhmdar cəmiyyətinin sədr müavini Marlen Əsgərov isə bu barədə onlarda hər hansı məlumatın olmadığını deyib.