Tarix : 2020 Apr 08
Kod 59600

Gürcüstanda koronavirusa yoluxanların sayı 200 nəfəri keçdi

Gürcüstanda koronavirusa yoluxanların sayı 208 nəfərə çatıb.

Arannews-24News.ge-yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Qeyd edək ki, COVID-19 infeksiyasına yoluxanların 46-sı sağalıb, 3-ü isə ölüb.

Hazırda karantində 4 674, stasionar nəzarətdə isə 362 nəfər saxlanılır.


Gürcüstanda koronavirusa yoluxanların sayı 200 nəfəri keçdi
  • Yazılıb
  • da (də) 2020 Apr 08
  • Göndərən جهان کمالی