Azərbaycan İslam Partiyasının sabiq sədr müavini, ruhani alim Ruhullah Axundzadə Prezidentin son əfv fərmanı ilə bağlı narahatlığını ifadə edib.
“Arannews-Rakurs.tv”yə daxil olan məlumatda aydın olur ki, Ruhullah Axundzadə illərdir heç bir günahı olmadan həbsə məhkum olunub.
Hökumətin inanclılara qarşı siyasətini tənqid edən Ruhullah Axundzadə dövlətini, millətini və xalqını sevən şəxs olduğunu da vurğulayıb.
Ruhullah Axunzadə Azərbaycan vətəndaşlığından da imtina etdiyini sözlərinə əlavə edib: "Bir ata kimi son vəzifəmi yerinə yetirmək, Allahın bundan böyük bəlasına düçar olmamaq üçün ailəmlə birlikdə vətəndaşlıqdan imtina edərək yaxın zamanda Kərbəlaya və ya Suriyaya köçmək qərarına gəldim".
Bundan əlavə siyasi məhbus hər kəsi onu müdafiə etməyə də çağırıb.
Qeyd edək ki, Ruhullah Axunzadənin müraciəti sosial şəbəkələrdə də yayılıb.
Xatırladaq ki, Ruhullah Axundzadənin 65 yaşı tamam olmasına baxmayaraq onun adı o əfv olunanlar siyahısında olmayıb. Ruhullah Axundzadə həbsxanada olduğu illər ərzində iki dəfə infarkt da keçirib. Hazırda səhhətində olan problemlər davam edir.