Arannews-Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Ruslan Əmirov Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 30 sutka müddətinə inzibati qaydada həbs olunub.
Bu barədə AXCP-dən məlumat verilib.
Partiyadan Əmirovun həbsini siyasi sifariş adlandırıblar. Bəzi mənbələr Ruslan Əmirovun Əli Kərimlinin mühafizəçi olduğunu qeyd edir.
AXCP-nin başqa bir fəalı - Faiq Əmirlinin də İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 30 sutka inzibati həbs edildiyi bildirilib.
Turan