Ermənistan və İsrail yeni tip koronavirusla mübarizə çərçivəsində Türkiyədən yardım istəyib.
Arannews-Axar.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın deyib.
O bildirib ki, böyük dövlətlərin iqtisadiyyatının necə aciz vəziyyətə düşdüyünü gördük:
“Türkiyə bir daha qara günün dostu olduğunu bütün dünyaya göstərdi. Bu imtahanda uğur qazananlar gələcəyə doğru daha inamlı addımlar atacaqlar. Uğursuzluğa düçar olanlar isə gələcəyini itirəcək”.