2007-ci ildə siyasi motivlərlə 14 il azadlıqdan məhrum olunan Cahangir Kərimovun yaxınları Prezident İlham Əliyevə müraciət ediblər. Onlar azad olunmasına 3 ay qalmış Cahangir Kərimovun onkoloji xəstə olan anası ilə görüşməsinə dövlət başçısından kömək istəyiblər.
Arannews-Bu barədə Meydan TV-yə Cahangir Kərimovun yaxınları danışıb.
Onlar xatırladıb ki, Cahangir Kərimov 3 il əvvəl atası vəfat edəndə də, dəfnə buraxılmamışdı:
“İndi anasının durumu ağırdır, heç olmasa vidalaşmaya buraxsınlar. Evin tək oğludur, bacısı da ailəlidir. Onsuz da 3 ay sonra həbs müddəti bitəcək”.
C.Kərimov 2007-ci ildə MTN-nin “Səidin dəstəsi” əməliyyatı nəticəsində həbs olunaraq Cinayət Məcəlləsinin 218 (cinayətkar birlik yaratma), 274 (dövlətə xəyanət), 28.2. ( yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq),180.3.1. (Soyğunçuluq. Mütəşəkkil dəstə tərəfindən törədildikdə), 278 (hakimiyyəti zorla ələ keçirmə və zorla saxlama), 228 (qanunsuz odlu silah saxlama), 204 (saxta pul və qiymətli kağzlar hazırlama və ya satma), 234 (qanunsuz olaraq narkotik vasitələri saxlama və daşıma) maddələri ilə ittiham olunaraq 14 il arası azadlıqdan məhrum edilib.