Arannews-islamazeri.com xəbər verir ki, Türkiyəli siyasətçi Müstəqil Türkiyə Partiyası - BTP-nin lideri Haydar Baş koronavirusdan dünyasını dəyişib.
Məlumata görə, o Trabzonda bir xəstəxanaya koronavirusa yoluxma şübhəsilə yerləşdirdikdək sonra vəziyyəti ağırlaşıb.
Onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Haydar Baş partiya lideri olaraq Quran və Əhlibeytdən ən çox danışan, İmam Əlinin (ə) vilayətini müdafiə edən və onun düşməni olan Musaviyə bin Əbu Süfyanın qeyri-müsəlman olaraq öldüyünü açıq-aşkar deyərək vəhabilərin daima hədəflərində olan siyasətçi idi.
O həmçinin ABŞ əleyhdarı olmaqla yanaşı, sünni-şiə vəhdətinin önəmi haqqında çıxışlar etmiş, ABŞ-ın Süleymaniyə qarşı sui-qəsdini "xain plan" adlandırmışdı.
Türkiyənin ABŞ əleyhdarı partiya lideri koronavirusdan dünyasını dəyişdi