Tarix : 2020 Apr 16
Kod 59620

İrəvan-Təl-Əviv hadisələrinin pərdəarxası; sionistlərin Bakı və İrəvanla ikili siyasəti

Azərbaycan və sionist rejimi arasında baş tutan iclasların çoxunda fəal iştirak edənlərdən biri Ermənistanın tərəfdarı kimi tanınmış və fikri ermənilərə bağlı olan bir şəxsdir. Azərbaycan isə buna etiraz etmir.
AranNews – Bəzi casuslar tanınana və həqiqi mahiyyətləri ortaya çıxana qədər olduqca məxfi fəaliyyət göstərirlər. Bəzən bır sıra şəxslər də öz hökumətləri tərəfindən ikitərəfli və çoxtərəfli məsuliyyətləri öhdələrinə alır, müxtəlif ölkələrdə eyni zamanda və aşkar şəkildə fəaliyyət göstərirlər. Belə şəxslərin bir-birinə düşmən olmayan bir neçə ölkədə fəaliyyəti o qədər də iradlı olmaya bilər, hətta bir növ üstünlük də hesab olunar. Lakin bu məmurların bir-biri ilə düşmən durumunda olmayan iki ölkədə eyni zamanda fəaliyyət göstərmələri bir çox suallar yaradır. Xanım Tali Ploskov belə fəaliyyətlə məşğul olan məmurlardandır.
Xanım Ploskov Ermənistan və sionist rejim arasında siyasi, iqtisadi və hərbi-təhlükəsizlik münasibətlərinin genişlənməsində əsas rol ifa oynayır. O, sionist rejim-Ermənistan Parlamentlərarası Dostluq Qrupunun sədri və habelə 23-cü sionist Knessetin Likud Partiyasından olan nüfuzlu üzvüdür. Ploskov sionist rejimində ermənilərin Osmanlı dövləti tərəfindən soyqırıma məruz qalması iddiası üzərində xüsusi şəkildə işləyənlərdən biridir və şübhəsiz ki, 23-cü Knessetdə erməni soyqırımını rəsmi olaraq tanımaq üçün təklif olunan planın rəhbərləri və aparıcı simaları arasında olacaqdır.
O, dəfələrlə Ermənistana səfər etmiş və erməni soyqırımı abidəsini ziyarət etmişdir.
T. Ploskov həmin kəsdir ki, 2016-cı ildə Ermənistan və Azərbaycan arasında başlamış aprel döyüşlərinin ikinci günündə İrəvana səfər edərək Ermənistanın o zamankı xarici işlər naziri Edvard Nalbandyana hərbi əməliyyatlar və Dağlıq Qarabağda döyüş gedən məntəqədə müharibə vəziyyəti barədə hesabat təqdim etdi. Onun fikrincə, Ermənistan-sionist rejim dostluq münasibətləri uyğun proseduru keçməkdədir və o, iki ölkə arasında parlament qrupunun bu dostluq münasibətlərini gücləndirmək və genişləndirmək üçün daha çox addım atmasına təlaş edir. Hətta, Ermənistan hökumətinin sionist rejiminə səfir göndərməsini də bu çərçivədə xarakterizə etmək lazımdır.
Diqqəti çəkən çox önəmli və həssas məsələ budur ki, xanım Ploskov eyni zamanda sionist rejim və Azərbaycan Respublikası arasında baş tutan iclasların çoxunda iştirak edir. Onda belə sual ortaya çıxır ki, bir tərəfdən sionist rejim-Ermənistan Parlamentlərarası Dostluq Qrupunun sədri olan Ploskov, eyni halda bu rejimlə Azərbaycan Respublikası arasındakı ikitərəfli iclasların çoxunda iştirak etməsi bir araya necə sığa bilər? Yəni Azərbaycan Respublikası siyasətçiləri o masanın arxasında otururlar ki, onun digər tərəfində Ermənistanın tərəfdarı və ona can yandıran kimi tanınmış, fikirləri ermənilərə düyünlənmiş birisi oturmuşdur?
  • Yazılıb
  • da (də) 2020 Apr 16
  • Göndərən جهان کمالی