Arannews-Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Gürcüstan Azərbaycan respublikasının bu bölgəsində keçirilən qondarma prezident seçkilərinin ikinci mərhələsini də tanımır.
"Gürcüstan Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü dəstəkləyir, həmçinin münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllini dəstəkləyir”,- məlumatda bildirilib.