Tarix : 2020 Apr 16
Kod 59624

Azərbaycanda karantin uzadılması gözlənilir, lakin

Azərbaycanda karantin rejiminin uzadılması gözlənir.

Arannews-islamazeri.com xəbər verir ki, bu barədə çərşənbə günü Tibbi Ərazi Bölmələrinin İdarə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Azərbaycanda koronavirusla mübarizə üçün martın 24-dən aprelin 20-nə kimi karantin rejimi tətbiq edilib.

Aprelin 4-dən ölkə ərazisində xüsusi icazə ilə hərəkət edilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Ramin Bayramlı deyib ki, koronavirusun ölkədə yayılması vəziyyətinin təhlili karantin rejiminin uzadılmasına ehtiyac yaradıb.

Onun sözlərinə görə, karantin rejimindən tədricən çıxılması nəzərdə tutulub.

Ramin Bayramlı bununla bağlı öz təkliflərini Nazirlər Kabinetinə təklif verəcəklər.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, aprelin 17-dən başlayaraq xaricdə qalan və Azərbaycana qayıtmaq istəyən vətəndaşların təxliyəsinə başlanacaq.

Onun sözlərinə görə, hökumət hər həftə 300-400 vətəndaşın ölkəyə qaytarılmasını planlaşdırır.

Qaytarılanlar azı 14 gün karantində saxlanacaqlar.

Hazırda ölkədə koronavirusdan ölənlərin sayı 10-nu, virusa yoluxma faktının aşkarlanması 1200-ü keçib.

  • Yazılıb
  • da (də) 2020 Apr 16
  • Göndərən جهان کمالی