Tarix : 2020 Apr 18
Kod 59627

Xarici işlər nazirinin müavini: İran yük maşınlarının işğal edilmiş Qarabağ məntəqələrinə gediş-gəlişinə aid xəbərlər məhz yalandır

Ölkəmizin xarici işlər nazirnin müavini Seyid Abbas Əraqçi çərşənbə günü Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovla telefon danışığında qardaş münasibətlərin davamına təkid edib.

ArannewsXəbər verir ki, Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutmuş telefon danışığında tərəflər qardaş münasibətləin əhəmiyyətinə, hərtərəfli əməkdaşlığın davam etməsinə təkid ediblər.

Əraqçi sosial şəbəkələrdə yayılmış bəzi xəbərlərə də toxunaraq deyib: “Düşmən yanlış atmosfer yaratmaqla iki qonşu ölkə arasında qardaş və dostcasına münasibətləri korlamağa təlaş edir.”

Nazir müavini əlavə edib: “İran yük maşınlarının Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş məntəqələrinə getməsi məhz yalandır, İran İslam Respublikası Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətlə yanaşmaqla yanaşı, iki qonşu Azərbaycan və Ermənistan ölkələri arasında münaqişəyə səbəb olacaq hər hansı hərəkətlə müxalifdir.”

Seyid Abbas Əraqçi koronavirusla mübarizədə Azərbaycan Respublikasının İrana göstərdiyi humanitar yardıma görə təşəkkür edib, səhiyyə protokollarına riayət etməklə iki ölkə arasında yükdaşıma və tranzit məsələlərini iki ölkə münasibətlərində mühüm məsələ adlandırıb.

Xarici işlər nazirinin müavini karantin vəziyyəti və universitetlərin tətil olmasına işarə edərək İranın Azərbaycandakı tələbələri və digər vətəndaşlarının ölkəyə qaytarılması üçün Azərbaycan dövlətinin kömək göstərməsini istəyib və bu təklif Azərbaycan tərəfinin razılığı ilə qarşılanıb.

  • Yazılıb
  • da (də) 2020 Apr 18
  • Göndərən جهان کمالی