Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılıb.
Arannews-Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Əli Əsədov imzalayıb.
Qeyd edilir ki, bununla əlaqədar Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılır.