Tarix : 2020 Apr 20
Kod 59635

Azərbaycan şəhərlərində korona ilə bağlı son durum

Şərqi Azərbaycan əyalətində son 48 saat ərzində koronavirusdan daha 14 nəfər ölüb.

Arannews-Axar.az xəbər verir ki, bu sözləri Şərqi Azərbaycan əyalətinin səhiyyə xidmətinin rəhbəri və Təbriz Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Hüseyn Somi “Səhənd” telekanalına açıqlamasında deyib.

“Bununla da günümüzədək bu virusdan həyatını itirənlərin sayı 292 nəfərə çatıb. Şərqi Azərbaycanda bu günədək 3437 nəfərdə koronavirus aşkarlanıb. Koronavirus ən çox Əhər şəhərində yayılıb”.

Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Cavad Ağazadə isə COVİD-19-dan ölənlərin sayının 134 nəfərə çatdığını, əyalətdə ümumilikdə 1805 nəfərin bu virusa yoluxduğunu bildirib.

Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş da əyalətdə koronavirusun statistikasından danışıb. O, burada virusa yoluxanların sayının 865, ölənlərin isə 89 nəfər olduğunu deyib.

  • Yazılıb
  • da (də) 2020 Apr 20
  • Göndərən جهان کمالی