Bakı Apellyasiya Məhkəməsində AXCP fəalları Faiq Əmirov (AXCP sədri Əli Kərimlinin köməkçisi və "Azadlıq" qəzetinin direktoru) və Ruslan Əmirovun (AXCP sədrinin ictimai əsaslarla mühafizəçisi) inzibati həbslərindən verilmiş şikayətlər üzrə proses keçirilib.
Arannews-Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə jurnalist Təzəxan Mirələmli məlumat paylaşıb.
Hər iki şikayətə hakim Habil Məmmədov baxıb. Apellyasiya şikayətləri təmin olunmayıb. İnzibati həbs olunanlar məhkəmə iclasına gətirilməyib.
Şikayəti vermiş vəkillər Bəhruz Bayramov (Ruslan Əmirlinin vəkili), Fəxrəddin Mehdiyev ( Faiq Əmirovun vəkili) məhkəmə iclasında iştirak edib, apellyasiya şikayətini müdafiə edib.
Xatırladaq ki, Faiq Əmirov (onun media nümayəndəsi kimi vəsiqəsi olub, saxlanılan zaman üzərində olmasa da sonradan məhkəməyə təqdim olunub) aprelin 8-də yaşadığı həyətdə saxlanılıb. Barəsində İXM-in 211-ci maddəsi ilə protokol tərtib olunub. Aprelin 9-da Səbail Rayon Məhkəməsi barəsində 1 aylıq inzibati həbs qərarı verib. Rulan Əmirov isə aprelin 9-da azyaşlı övladını həkimə apararkən (müfaviq kateqoriya üzrə SMS icazəsi olub) saxlanılıb və həmin gün Nərimanov məhkəməsinin qərarı ilə İXM-in 211-ci maddəsi ilə 30 sutka inzibati qaydada həbs cəzası alıb.