Tarix : 2020 Apr 22
Kod 59643

Azərbaycanda bir neçə polis əməkdaşı koronavirusa yoluxub

Daxili İşlər Nazirliyi (DİN) ölkədə xidmət aparan polis əməkdaşlarının koronavirusa yoluxduğunu açıqlayıb.

Arannews-DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Report"a bildirib ki, polislərin koronavirusa yoluxma faktı təkcə paytaxt ərazisində qeydə alınmayıb:

"Bildiyiniz kimi, polis əməkdaşları respublika ərazisində gün ərzində xidmət zamanı yüzlərlə insanla ünsiyyətdə olur, vətəndaşlara maarifləndirici tədbirlər həyata keçirirlər, onlara məlumatlar verirlər. Həmçinin polis əməkdaşları vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunmasında da xidmətlər göstərirlər. Polislər koronavirusla mübarizədə ön cəbhədədirlər. Buna görə də onlar arasında koronavirusa yoluxma faktı qeydə alınıb".

E.Zahidovun deyib ki, hazırda koronavirusa yoluxan polis əməkdaşlarının vəziyyəti sabitdir: "Onların dəqiq sayını açıqlaya bilmərəm. Hazırda polis əməkdaşları müalicə alırlar. Hətta xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları arasında xəsarət alanlar da var. Bu, bir daha onu göstərir ki, polis əməkdaşları özlərinin səhhətlərini təhlükəyə qoyaraq, vətəndaşlarımızın sağlamlığının keşiyindədirlər".

Xidmət rəisinin sözlərinə görə, polis əməkdaşları ilə birgə xidmət aparan DİN Daxili Qoşunlarının hərbi qulluqçuları arasında yoluxma faktı qeydə alınmayıb.

Qeyd edək ki, Azərbaycanda polislərin koronavirusa yoluxması xəbərini ilk olaraq modern.az yazıb.


Azərbaycanda bir neçə polis əməkdaşı koronavirusa yoluxub
  • Yazılıb
  • da (də) 2020 Apr 22
  • Göndərən جهان کمالی