Gürcüstan parlamenti ölkədə fövqəladə vəziyyətin mayın 22-dək uzadılması ilə bağlı Prezident Salome Zurabişvilinin sərəncamını dəstəkləyib.
Arannews-parlamentin bugünkü xüsusi iclasında keçirilmiş səsvermə zamanı 97 deputat qərarın lehinə, 10 deputat isə əleyhinə səs verib.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbi ilə martın 21-də Gürcüstanda fövqəladə vəziyyət elan edilib.