Aprelin 22-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının Xəzər şöbəsinin üzvü Əvəz Əhmədov Xəzər Rayon Məhkəməsi tərəfindən 20, AXCP Suraxanı şöbəsinin üzvü Arif Babayev isə Suraxanı Rayon Məhkəməsi tərəfindən 30 sutka inzibati qaydada həbs olunub.
Əvəz Əhmədov İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi, Arif Babayev isə İXM-nin 388-1.1-ci (İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulması) maddəsinin pozmasında təqsirli bilinirlər.
Bu barədə Turana AXCP-dən məlumat verilib.
Hər iki fəal aprelin 22-də mülki geyimli şəxslər tərəfindən saxlanılıblar. -0-
Partiyadan fəalların saxlanılmasını son günlər ərzində AXCP-yə qarşı təzyiqlərlə əlaqələndirirlər.