Ayətullah Xameneinin ofisi, böyük mərcəi təqlid müctehidi Ayətullah Seyid Əli Xameneinin koronavirus epidemiyasının yayıldığı bir vəziyyətdə Ramazan ayı orucu haqqında fətvasını yayımlayıb.
Arannews_Ayətullah Xameneinin ofisi, böyük mərcəi təqlid müctehidi Ayətullah Seyid Əli Xameneinin koronavirus epidemiyasının yayıldığı bir vəziyyətdə Ramazan ayı orucu haqqında fətvasını yayımlayıb.
“Sual: Koronavirus epidemiyasının yaşandığı hazırkı durumda, Ramazan ayının hökmü nədir
Cavab: İlahi bir vəzifə olaraq oruc tutmaq əslində Allah Təalanın qullarına xüsusi bir nemətidir və insanın təkamülünün, mənəvi yüksəlişin təməllərindən biri sayılmaqdadır. Bu ilahi vəzifə əvvəlki ümmətlər üçün də vacib idi.
Orucun təsirləri arasında mənəviyyat və batinin səfası, fərdi və ictimai təqvanın yaranması, iradənin güclənməsi və çətinliklərə qarşı dirənmək arzusu vardır. İnsan vücudunun sağlamlığındakı rolu da aydındır, Allah Təala oruc tutanlar üçün böyük mükafatlar təyin etmişdir.
Oruc dinin vaciblərindən və İslam hüququnun təməl dirəklərindən biridir və şəxs, oruc tutma mövzusunda aşağıda bildirilən ciddi və ağıla əsaslanan şərtlər yoxdursa Mübarək Ramazan ayının orucunu tərk etmək icazəli deyildir:
(Oruc tutmağın) Xəstəliyə səbəb olmasıVə ya Xəstəliyinin şiddətləndirməsi Ya da xəstəliyin müddətinin artmasına və sağlamlığa qovuşmasının gecikməsinə səbəb olması Belə olan təqdirdə oruc vacibatı götürülür, lakin qəzasını yerinə yetirmək lazımdır.
Bu məsələdə (fərdlə bağlı xəstəliyin yarana bilməsi və ya uzanması kimi məsələlərdə) mütəxəssis və dindar bir həkimin rəy verməsi kifayət edir.
Buna görə də, əgər şəxsin bəhs edilən məsələlər mövzusunda qorxu və narahatlığı varsa, bu qorxunun ağıla söykənən bir dəlili mövcuddursa, o şəxsə oruc vacib olmasa da, qəzasını tutması isə vacibdir.”