Xalq Cəbhəsi Partiyasının Abşeron rayon təşkilatının üzvü Şəmsi Kəsəmənli 15 sutka inzibati cəza alıb.
Arannews_Son 15 gündə həbs olunan AXCP fəallarının sayı 10 nəfəri keçib. Onların əksəriyyəti inzibati həbs cəzası alıb.
İnzibati qaydada həbs olunanlar arasında AXCP sədrinin köməkçisi Faiq Əmirli, ictimai əsaslarla mühafizəçiləri Ruslan Əmirov və Niyaməddin Əhmədov, gənc fəal Baba Süleymanov, Nicat Abdullazadə, Vüqar Əbilov, İslam İslamzadə də var.
AXCP-dən bildirilib ki, partiya sədri Əli Kərimli və onunla birlikdə yaşayan ailə üzvlərinin də telefon və internet əlaqələri məhdudlaşdırılıb.