Bu günlərdə "Xatirə ədəbiyyatı" silsiləsindən növbəti kitab - "Məhəmmədhüseyn Şəhriyar xatirələrdə" çapdan çıxıb.
Arannews-Olaylar.az bildirir ki, nəşrin tərtibçisi və "Ön söz"ün müəllifi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Esmira Fuad, redaktoru Səbuhi Şahmursoy, layihənin rəhbəri isə filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqdir.
Kitab böyük İranın görkəmli şairi Məhəmmədhüseyn Şəhriyar haqqında xatirələrdən ibarətdir. Toplunun əvvəlində şairin öz xatirələri də yer alıb. Əlavə olaraq şairin qızı, qardaşı, dostları, müxtəlif sənət və ədəbiyyat adamlarının yazıları da nəşrə daxil edilib. Bu xatirələrdə Şəhriyarın uşaqlığından tutmuş ahıl yaşlarına qədər başına gəlmiş hadisələrdən bəhs edilir.
"Şəhriyar xatirələrdə" kitabı Şəhriyarşünaslıqla maraqlananlar, ümumilikdə isə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.