Tarix : 2020 Apr 26
Kod 59664

RİƏK" Azərbaycandakı siyasi durumla bağlı bəyanat yaydı

"Repressiya və İşgəncələr Əleyhinə Komitə" Azərbaycandakı son repressiv durumla əlaqədar bəyanat yayıb.
Arannews_Vetenugrunda.az Xəbər verir ki "Repressiya və İşgəncələr Əleyhinə Komitə" Azərbaycandakı son repressiv durumla əlaqədar bəyanat yayıb.
 
 
bəyanatı təqdim edir:
"Repressiya və İşgəncələr Əleyhinə Komitə"nin
BƏYANATI
Bakı şəhəri 24.04.2020 Repressiya və İşgəncələr Əleyhinə Komitə" Azərbaycan hakimiyyətinin koronavirus pandemiyası ilə bağlı tətbiq etdiyi karantin rejimindən siyasi rəqiblərinə qarşı sui-istifadə faktlarını, siyasi rəqabət prosesini sivil müstəvidən düşmənçilik müstəvisinə gətirməsini müzakirə edərək və pisləyərək aşağıdakıları bəyan edir:
  1. 1-1-Artıq 12 gündür ki, AXCP sədri, Milli Şura Koordinasiya Mərkəzinin üzvü Əli !Kərimli və ailəsi ətraf aləmdən tamamilə təcrid şəraitində - faktiki olaraqev həbsi şəraitində saxlanılır: internetə çıxışı, mobil və stasionar telefon əlaqələri kəsilib, Ə.Kərimlinin və ya ailə üzvlərinin sms göndərib evdən çıxmaq üçün rəsmi icazə almaq imkanları tam məhdudlaşdırılıb, ailə ilə hər hansı şəkildə əlaqə yaradan - evinə gəlib gedən, ərzaqla təmin etməyə çalışan hər kəs izlənilir, cəzalandırılır və həbs edilir. Məhz Əli Kərimli və ailəsi ilə təmas yaratdıqlarına görə jurnalist Təzəxan Mirələmli 5 saata yaxın Xətai Polis İdarəsində təhdidlərə məruz qoyulub, jurnalist Teymur Kərimova işgəncə verilib və video-kamerası əlindən alınaraq sındırılıb, Ə.Kərimlinin ictimai əsaslarla köməkçisi Faiq Əmirli, ictimai əsaslarla mühafizəçiləri Niyaməddin Əhmədov və Ruslan Əmirov inzibati həbsə məhkum edilib.
  2. Rəsmi məlumata görə, karantin müddətində koronavirusdan ölənlərin sayı 21 nəfər olduğu halda, siyasi motivlərlə cəzalandırılan şəxslərin sayı, faktiki olaraq, 42 nəfər, yəni ölənlərin sayından 2 dəfə çoxdur. O cümlədən, 5 nəfərə - Tofiq Yaqublu, Elvin Muradov, Elçin Məmməd, Əlizamin Salayev və Təzəxan Mirələmli barədə qondarma cinayət işləri açılıb, onlardan 4 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib, T.Mirələmlidən heç yerə getməmək barədə iltizam alınaraq, istintaq araşdırması aparılır. Psixoloji baxımdan tam sağlam olan Aqil Hümbətov ruhi xəstəliklər xəstəxanasına salınıb, digər 35 nəfər isə ya inzibati həbs və işgəncəyə, ya da cərimə cəzasına məhkum edilib.
  3. "Repressiya və İşgəncələr Əleyhinə Komitə" olaraq, ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırıq ki, Azərbaycan hakimiyyətinin Əli Kərimli və tərkibində azyaşlı uşaq olan ailəsinin tam blokadaya alınaraq aclığa məhkum etməsi, siyasi motivli kütləvi həbs, işgəncə və digər cəzalandırmalar sırf siyasi qisasçılıq və xalqa qarşı psixoloji terror zəminində həyata keçirilir!
  4. "Repressiya və İşgəncələr Əleyhinə Komitə" olaraq, hakimiyyətin qeyri-konstitusion və psixoloji terror xarakterli cəzalandırma tədbirlərini qətiyyətlə pisləyir və hakimiyyətdən bu qeyri-konstitusion fəaliyyəti, həmçinin Əli Kərimlinin və ailəsinin blokadasını dayandırmağı və qondarma ittihamlarla həbs olunan şəxsləri azad etməyi tələb edirik!
  5. "Repressiya və İşgəncələr Əleyhinə Komitə" olaraq, bütün ölkə və beynəlxalq ictimaiyyəti, o cümlədən, Azərbaycanın qoşulduğu beynəlxalq təşkilatları, beynəlxalq hüquq-müdafiə təşkilatlarını, aparıcı dünya dövlətlərini və onların Azərbaycandakı səfirliklərini İlham Əliyev və onun hakimiyyət orqanlarının insan haqlarını pozmasına yönəlik total hücumuna səssiz qalmamağa çağırırıq! Bəyanat "Repressiya və İşgəncələr Əleyhinə Komitə" İQ-nun virtual toplantısında qəbul edilmişdir.
    1. Eldəniz Quliyev
    2. Namizəd Səfərov
    3. Rövşən Əhmədli
    4. Zəfər Əhmədov
    5. Arzu Abdulla
    6. Lalə Aibova
    7. Nasir Əliyev
    8. Rövşən İldırım
    9. Əlövsət Sadıqlı
  • Yazılıb
  • da (də) 2020 Apr 26
  • Göndərən جهان کمالی