Daim anti-şiə mövqei sərgiləyən Azərbaycan Respublikası deputatı Fazil Mustafa İran yük maşınlarının işğal edilmiş Qarabağa getməsi ilə bağlı yalan xəbəri təkrar etməklə Bakının sionist rejimlə hərbi əməkdaşlğının güclənməsini istəyib
AranNews - Daim anti-şiə mövqei sərgiləyən Azərbaycan Respublikası deputatı Fazil Mustafa “Modern” saytına verdiyi müsahibədə İran yük maşınlarının işğal edilmiş Qarabağa getməsi ilə bağlı yalan xəbəri təkrar edərək, Bakının sionist rejimlə hərbi əməkdaşlğının güclənməsini istəyib.
Qeyd edək ki, sionist rejim Azərbaycan Respublikasının müxtəlif sahələrinə nüfuz edib və öz nüfuz amilləri vasitəsilə bu ölkədə hüzurunu dərinləşdirməyə təlaş edir. Baxmayaraq ki, sionist rejimin hərbi təchizatları və köməklərinin Bakı üçün heç faydası və üstünlüyü olmayıb və bir neçə gün bundan əvvəl sionist rejimin istehsalı olan PUA-nın işğal edilmiş Qarabağda vurulması xəbəri yayıldı.
Təl-Əviv Azərbaycan Respublikasını özünün hərbi silah-sursat anbarına çevirib, lakin bu hərbi avadanlıqdan işğal edilmiş Qarabağı azad etmək üçün istifadəyə icazə vermir.
Xatırladaq ki, son günlərdə İran yük maşınlarının Qarabağa getməsi ilə bağlı video yayılmışdı. Bu xəbər İran xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçi və İranın Azərbaycan Respublikasında səfiri Cavad Cahangirzadə tərəfindən təkzib edildi.