Tarix : 2020 Apr 30
Kod 59676

Rusiyada qeyri-iş günləri uzadıldı

Rusiyada koronavirus pandemiyası səbəbindən tətbiq olunan qeyri-iş günləri mayın 11-dək uzadılıb.

Arannews-TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin regionlarda pandemiyanın yayılmasına qarşı tədbirlərlə bağlı keçirilən iclasda deyib. Onun sözlərinə görə, görülən profilaktik tədbirlərə ciddi riayət etməklə qeyri-iş günləri mayın 11-dək uzadılmalıdır:

“Qarşıda bir sıra may tətilləri var. 6,7,8 may tarixləri iş günləri olsa da, bu üç günü əmək haqqının saxlanması ilə qeyri-iş günü elan edilməsini doğru hesab edirəm. İstirahət günləri və may tətilləri də nəzərə alınmaqla bu tarix mayın 11-dək uzadılacaq”.
  • Yazılıb
  • da (də) 2020 Apr 30
  • Göndərən جهان کمالی