Azərbaycan hakimiyyəti AXCP lideri Əli Kərimlini həbs etmək məqsədilə partiyaya qarşı repressiya dalğasını davam etdirir.
Arannews_ martın 19-da və aprelin 14-də “xalq düşmənləri” ilə haqq-hesab çəkməyə yönələn açıq çağırışından sonra başlayan repressiyalar 12 partiya fəalının həbsinə səbəb olub.
Eyni zamanda Ə.Kərimlinin telefonları və İnterneti bağlanıb, ona baş çəkən jurnalistlər həbs və təhdidlərə məruz qalıblar.
Həbsdə olanlardan işgəncə altında Ə.Kərimlinin əleyhinə ifadələr alınıb.
Mayın 1-də məlum olub ki, işgəncələr barədə məlumat verən fəal Niyaməddin Əhmədovu təcridxanadan çıxararaq Dövlət Təhlükəsizliyi Xidmətinə aparıblar, orada ona qarşı hələlik məlum olmayan maddə üzrə cinayət işi açıblar.