Tarix : 2020 May 02
Kod 59679

Ustad Mütəhhərinin şəhadəti münasibətilə Müəllim Günü

1 may (1 may 2020-ci il) filosof və Quran təfsirçisi şəhid Mütəhhərinin şəhadət günü mübarək olsun.

Ali Məqamlı Rəhbər: “Bu gün bizim gənclərimiz, tələbələrimiz, müəllimlərimiz və fəhlələrimiz İslam təfəkkürü sahəsində dərin biliyə malik olmaq və öz suallarına cavab tapmaq istəyirlərsə, şəhid Mütəhhərinin kitablarına müraciət etməlidirlər.”
AranNews – 12 ordibehişt (1 may) hövzə və universitet müəllimi, filosof, Quran təfsirçisi, yazıçı, müasir əsrin böyük mütəfəkkiri əllamə Mürtəza Mütəhhərinin məzlumcasına şəhadət ildönümü mübarək olsun.
Əllamə Mütəhhəri dindar və vilayətçi ziyalı, inqilabın nəzəriyyəçilərindən, zəkalı, yorulmaq bilməyən və dəqiq insan idi. Onun Quran, İslam maarifi və mətnlərinə tam və hərtərəfli agahlığı var idi.
Şəhid Mütəhhərinin təfəkkür və əndişəsi elə bir ucalıq üzərində qurulmuşdur ki, hər kim ora ucala bilsə, Ustadın təfəkkür mühəndisliyi ilə tanış və mənus olmuş, onun nüfuzlu, rəvan və mənalı kəlamına cəzb olmuşdur.
Ali Məqamlı Rəhbər buyurur: “Mütəhhəri Allah yolu mücahidinin bariz nümunəsidir.”
Ustad Mütəhhəri 12 ordibehiş 1358-ci ildə (2 may 19179-cu il) azğın “Furqan” qrupunun vasitəsilə terror edilir və şəhadətə nail olur. Onun uca ruhu yerə enmiş səma mələkləri vasitəsilə ilahi müqərrəblərlə səfər yoldaşı olur və uca aləmdə pərvaz edir.
Allahın xəlifəsi olan mücahid alimin müqəddəs qanı o qədər şərəfli və dəyərlidir ki, yalnız Allah ilahi meyarlar əsasında ona qiymət qoymağa qadirdir.
İmam Xomeyni (r) onun hüzn mərasimində buyurdu: “Mütəhhəri İslamın canı və mənim ömrümün səmərəsi idi.”
“Onun bütün əsərləri dəyərli və istifadə olunasıdır.”
Şəhid Mütəhhəri on ildən çox İmam Xomeyninin (r) məhzərində hövzə dərslərini (fəsləfə və üsul) öyrənmişdir, mərhum Əllamə Təbatəbai və hövəzənin digər ali məqamlı ustadlarından feyz kəsb etmişdir.... 1342-ci il 15 xordad qiyamında saxlanılaraq həbs edilmiş, moizə etməsinə qadağa qoyulmuşdur. Azad edildikdən sonra İmam Xomeyninin (r) köməkçilərindən olmuşdur. Onun İnqilabdan qabaq moizə, xütbə və qələm vasitəsilə xalqı oyatması və maarifləndirməsi heç kimə sirr deyil. Onun ruh bəxş edən kitab və əsərləri 100 cildə yaxındır və bu əsərlər mövzu və dərinlik baxımından fərqlidir. Belə ki, onun “Dastane rastan” (Doğruların dastanı) kitabı zəngin məzmunu ilə eyni zamanda çox sadə və səlisdir, “Osoole fəlsəfe və Rəveşe realism” (Fəlsəfə prinsipləri və realizm metodu) kitabı çox ali səviyyədə və fəlsəfə kitabıdır.
İslam İnqilabı Qələbəsindən öncəki dövrlərdə şəhid Mütəhhərinin səngər yoldaşı və qədim dostu olmuş Ali Məqamlı Rəhbər onun barəsində deyir:
“Bu gün bizim gənclərimiz, tələbələrimiz, müəllimlərimiz və fəhlələrimiz İslam təfəkkürü sahəsində dərin biliyə malik olmaq və öz suallarına cavab tapmaq istəyirlərsə, şəhid Mütəhhərinin kitablarına müraciət etməlidirlər.”
Şəhid Mütəhhəri həqiqi müəllim nümunəsi idi, Allahın və ilahi peyğəmbərlərin təzahürləri onda gerçəkləşmişdi, ixlas, iman, əməl və fədakarlıq ərsəsinin eyni şəhidi olaraq ilahi mərifət və təsirli qələmi ilə islami təlimlər ehtiva etməklə yanaşı eklektik və azğın marksizm və kapitalizm nəzəriyyələrini dəlil və faktlarla araşdırır və tənqid edirdi, tutarlı əqli dəlillərlə o nəzəriyyələrin batil olduğunu isbatlayırdı. Onun ilhamverici əsərləri işıqlı məşəl kimi özündən sonrakı nəslə yol göstərir, həqiqət axtarışında olanlar və alimlər üçün məlhəm, munis və höccətdir.
İmam Xomeyni (r) buyurdu: “Cəmiyyətin xoşbəxtlik və bədbəxtliyi müəllimlərin əlindədir.”
12 ordibehişt əllamə Mütəhhərinin şəhadətnin ildönümü və “Müəllim Həftəsi” münasibətilə İslami İranın övladlarının şəxsiyyət memarları və islami cəmiyyətin gələcəyinin formalaşdırılması onlara tapşırılmış hövzə, universitet və təlim-tərbiyə müəllimlərini təbrik edirəm.
  • Yazılıb
  • da (də) 2020 May 02
  • Göndərən جهان کمالی