Təbriz Universiteti müəllimi doktor Məhəmmədəli Pərğu bir neçə gün bundan əvvəl sosial şəbəkələrsə səs yazısı yayımlanmış Azərbaycan Respublikası islamçı məhbusu Hacı Ruhullah Axundazadənin son durumu ilə bağlı yazdığı məqalədə deyilir: “Bu şərəfli insanın səsi əbədi olaraq mənim qulağımda səslənəcək. Çünki onun izzətli səsi hər bir azad insanın zatı ilə qatışmışdır.”
AranNews – Müharibə veteranı və Təbriz Universitetinin müəllimi doktor Məhəmmədəli Pərğu məqalədə yazıb:
Bağışlayan və mehriban Allahın adı ilə
Bəzən novruzgülü, ya zanbaq kimi bir nişanə baharın gəlişini müjdə verə bilər və ya soyuq küləklərin pəncərəyə çırpılması payızın gəlişini hayqıra bilər. Baharın gəlişinin əlaməti həmişə bizdə xoş hislər yaradır. Keçmiş vaxtlarda hər kim çöllərdən bizə novruzgülü gətirsəydi, muştuluq alardı.
Ustad Şəhriyar Heydərbaba poemasında gözəl şerlərinin birində novruzgülünü baharın gəlişinin əlaməti adlandıraraq deyir:
Bayram yeli çardaxları yıxanda,
Novruz gülü, qar çiçəyi çıxanda,
Ağ buludlar köynəklərin sıxanda
Bizdən də bir yad eləyən sağ olsun,
Dərdlərimiz qoy dikəlsin, dağ olsun.
İndi Quran və təbiət baharı gəlmişdir. Doğrusu, korona ondan qabaq gəlmişdi. Bizə tövsiyə olunub ki, bu baharda qabaqkı baharlardan fərqli olaraq özümüzə bir sıra məhdudiyyətlər tətbiq edək və bu məhdudiyyətlər bütün çətinlikləri ilə yanaşı bir neçə həftə deyil, bir neçə ildir ki, məhdudiyyətlərə düçar olmuş adamları daha çox yada salmağımıza səbəb olur. Bir neçə gün bundan əvvəl sosial şəbəkələrdə din qardaşımız Ruhullah Axundzadə ilə bağlı bir mətləblə qarşılaşdım. Ramazan ayında belə bir xəbərin yayılması və xatırlanması mənim kədərimi daha da artırdı və fikrə getdim ki, bir müsəlman ölkəsində belə bir acı hadisənin yaşanması necə mümkündür? Nə onun xəstəliyi, nə mübarək Ramazan ayının hörməti nəzərə alınmayıb, nə də təhlükəli korona virusunun ziyanları bu hadisəni dayandıra bilməyib?! Bir neçə dəqiqə keçmiş tarixə qayıtdım, ölkəmizin tarixində dindarların və comərdlərin zindanlarda qocaldığı köhnə vərəqlərinə.
Hacı Ruhullahın səsini eşidəndə onun məqamına qibtə etdim. Çünki tarix öz səhifələrində onu və zülmə düçür olmuş digər insanları çox ucalıqla xatırlayacaq.
Sanki dünən idi ki, Hacı Ruhullah Axundzadə 2011-ci ilin yanvar ayında Bakı Cinayət Məhkəməsində uydurma ittihamlarla zindana məhkum oldu və bu müddətdə Azərbaycan Respublikası zindanlarında bu böyük dindarın səhhətinin yaxşı olmaması barədə xəbərlər yayıldı. Bu gün 9 ildən sonra Hacı Ruhullah 66 yaşında ağarmış saqqalı ilə zindandan azadlıq fəryadı edir və tam izzətlə deyir: “Rəhmət ayı olan mübarək Ramazanın başlanması münasibətilə gözaydınlığı verib, oruclarınızın qəbul olunmasını Allah-Taala cəllə-cəlaluhdan diləyib və Qiyamət günü İslam Peyğəmbəri həzrət Muhəmməd (s) və məsum imamların (ə) şəfaəti ilə günahlarımızın bağışlanmasını diləyirəm.” Sahildə oturmuş mənə və sənə dua etdikdən sonra izzətlə deyir: “Yaxınlarımdan bəziləri Azərbaycan Respublikası hökumətinə məktub yazaraq mənim əfvimi istəyiblər. Mən bunu qəbul etmirəm və etiraz edirəm. Hakimiyyət əfv əvəzinə məndən üzr istəyib bəraət verməlidir.”
Bu şərəfli insanın səsi əbədi olaraq mənim qulaqlarımda səslənəcək. Çünki onun izzətli səsi azad insanın zatı və fitrəti ilə qatışmışdır.
Mən bu cümlələri Təbrizdən yazıram. Mədəniyyət, incəsənət və sivilizasiya beşiyindən. Elə bir yurd ki, hər evi elm, ədəb və irfandan bir cəvahirə özündə yer verib. Şirin sözlü Şəhriyar bu parlaq cəvahirlərdən biridir. Bu qısa yazını onun şeri ilə sona çatdırmağı məsləhət gördüm.
Mən Əli oğluyam, azadələrin mərdi, muradı,
O qaranlıqlara məşəl, işıqlıqlara hadi,
Həqqə, imana münadi.
Başda sınmaz sipərim, əldə kütəlməz qılıcımvar.
Şah dağım, çal papağım, el dayağım, şanlı Səhəndim!
Başı tufanlı Səhəndim!