Tarix : 2020 May 06
Kod 59686

İranda dünyaya gəlmiş Araz adlı Azərbaycan vətəndaşı-Video

27 il bundan əvvəl 1993-cü ildə Azərbaycan Respublikasının sərhəd şəhərləri Ermənistanın işğalçı ordusu tərəfindən işğal edildi. Öz ailəsi ilə birlikdə bir hamilə qadını da traktorla İrana keçirən o günlərin canlı şahidlərindən biri həmin uşağa Araz adının qoyulduğunu deyir.
AranNews – İran və Azərbaycan Respublikasının ortaq tarixi bir çox acı və şirin hadisələr görmüşdür. 27 il bundan əvvəl 1993-cü ildə Azərbaycan Respublikasının sərhəd şəhərləri işğalçı Ermənistan ordusu tərəfindən işğal edildikdən sonra iranlı qüvvələr Araz çayında suyun səviyyəsini azaltmaqla özlərini Arazın o tayında müdafiəsiz qalmış məzlum xalqın köməyinə yetirdilər, düşmən mühasirəsində qalmış əhalini İrana köçürtdülər. Taraktor vasitəsilə öz ailəsini Araz çayından İrana keçirmiş o günün canlı şahidlərindən biri deyir ki, köçkünlər arasında hamilə bir qadın var idi. Onu Kəleybər şəhərinə apardıq. Orada övladını dünyaya gətirdi və onun adını Araz qoydu.
İndi 27 yaşlı cavan olan həmin uşaqla bağlı indiyədək heç bir sənədli film, yaxud xəbər hazırlanmayıb. Arazın qəlbinin döyüntüsünün səsi Arazın hər iki sahilində yaşayan insanların dostluq və qardaşlıq simvoludur. Səbirsizliklə, Arazın üzünü görməyi və səsini eşitməyi gözləyirik. Amma coşqun çay kimi deyil, Azərbaycan Respublikası və İranın müsəlman şiə xalqı arasında həmrəylik və qardaşlıq körpüsü kimi.
  • Yazılıb
  • da (də) 2020 May 06
  • Göndərən جهان کمالی